Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibədə 45 nəfər uğur qazanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 10:15-ə olan məlumata görə, 45 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 29-da başa çatacaq.
Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [12:22]
Taksi sürücüləri üçün oktyabrın 1-də keçiriləcək imtahana qeydiyyat başlanır
- 24.08.2026 [12:19]
Auditoriyada keçən ömür
- 24.08.2026 [11:46]
Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb
- 24.08.2026 [11:29]