DÖVLƏT PROQRAMININ İCRASI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iş adamlarının, sahibkarların, kəndli–fermer təsərrüfatlarının və əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən bu yığıncaqda Dövlət Proqramında Zaqatala rayonu üçün nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar işçi qruplarının – aqrar, sənaye və emal, tikinti və xidmət, təhsil və səhiyyə bölmələri rəhbərlərinin məlumatları dinlənilmiş, ayrı–ayrı sahələrin inkişafı ilə bağlı perspektiv iş planları müzakirə edilmişdir.
Yığıncaqda, həmçinin rayonun mövcud əmək, təbii və iqtisadi ehtiyatlarından səmərəli istifadə edilməsinin yolları araşdırılmış, əhalinin məşğulluq problemlərinin həllinə və yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]