Dövlət satınalmalarına dair 1500-dən çox protokol ləğv edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində satınalan təşkilatlardan quruma daxil olmuş 9831 yekun protokol təhlil edilib.
Qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 1514 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 15,4 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]