Dövlət satınalmalarının həcmi dünya üzrə 13 trilyon dollara çatır VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Dünya üzrə dövlət satınalmalarının həcmi 13 trilyon dollara çatır və bu sahə ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, dövlət satınalmaları əksər ölkələrdə ümumi daxili məhsulun 13-20 faizini təşkil edir. Bu səbəbdən satınalmaların şəffaf, səmərəli və milli maraqlara uyğun həyata keçirilməsi ali audit orqanlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
S.Orlovanın sözlərinə görə, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi dövlət satınalmalarının auditinin daha da təkmilləşdirilməsinə imkan yaradır.