Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin bir qrup əməkdaşı təltif olunub
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin dörd, Xarici Kəşfiyyat Xidmətinin bir əməkdaşı general-mayor ali hərbi rütbələri ilə təltif olunub.
Digər bir Sərəncamla isə Dövlət Təhlükəsizliyi Xidmətinin bir əməkdaşı 2-ci dərəcəli “Vətənə xidmətə görə”, üç əməkdaş 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, dörd nəfər “Vətən uğrunda”, dörd nəfər “İgidliyə görə”, 8 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]