Dövlət Xalq Çalğı Alətləri Orkestri Filarmoniyada konsert verib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecədə orkestr respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovun dirijorluğu altında çıxış edib.
Konsert çərçivəsində solistlər Xalq artisti Gülyanaq Məmmədova (xanəndə), Əməkdar artistlər Almaz Orucova (xanəndə), Zakir Əliyev (xanəndə), Fuad Hacıyev (tar), Xəyyam Məmmədov (kamança), Çinarə Heydərova (qanun) və Vəfa Vəzirova (xanəndə), Samir Piriyev (vokal), Taleh Yəhyayev (vokal), Rəvan Qaçayev (xanəndə), Zabitə Əliyeva (xanəndə), Nurlana Abdullayeva (xanəndə), Emin Eminli (tar), Orxan Soltanov (balaban) bir-birindən maraqlı ifaları ilə tamaşaçıların könlünü oxşayıblar.
Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.