Drezdendə tramvayda bıçaqlı hücum nəticəsində ABŞ vətəndaşı ağır xəsarət alıb
Berlin, 24 avqust, AZƏRTAC
Drezdendə tramvayda baş verən bıçaqlı hücum nəticəsində ABŞ vətəndaşı ağır xəsarət alıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, tramvayda qadın sərnişinləri təhqir edən iki nəfərlə hadisəyə müdaxilə edən 21 yaşlı ABŞ vətəndaşı arasında qarşıdurma yaranıb. Həmin şəxslər ABŞ vətəndaşına bıçaqla xəsarət yetirərək tramvaydan qaçıblar. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar 21 yaşlı Suriya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Digər şübhəlinin axtarışları davam etdirilir.
Qeyd edək ki, ABŞ mediası da bu hadisə barədə xəbərə geniş yer verib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]