DSX: 11 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.