DUBLİNDƏ ATƏT-İN İQTİSADİ PROBLEMLƏRƏ DAİR SEMİNARI KEÇİRİLƏCƏK
Təşkilatın katibliyindən AZƏRTAC-a daxil olan məlumata görə, seminar ATƏT-in iqtisadiyyat və ətraf mühit məsələləri nümayəndəliyinin təşəbbüsü və ATƏT-in hazırkı sədri Bolqarıstan XİN-in başçısı Solomon Passinin, İrlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur. Seminarda ATƏT-in üzvü olan dövlətlərdə xarici və daxili kapital qoyuluşlarının nizama salınması məsələləri müzakirə ediləcəkdir.