DÜNYA ANTİDOPİNQ AGENTLİYİNİN YENİ KODEKSİ QƏBUL EDİLMİŞDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Antidopinq Agentliyinin (WADA) Madrid şəhərində keçirilən 3-cü beynəlxalq konfransında qurumun yeni kodeksi qəbul edilmişdir. Yeni kodeks yoxlamaların daha da sərtləşdirilməsinə təkan verəcəkdir.
Konfransda 71 ölkə tərəfindən ratifikasiya olunmuş YUNESKO konvensiyasına daha böyük diqqət ayrılmışdır. Nəticə olaraq, 2009-cu ilədək bu razılığa qoşulmayan ölkələrin WADA-dakı üzvlüklərini itirməklə bərabər, beynəlxalq tədbirlərin keçirilməsindən də məhrum olacaqları bildirilmişdir. Bu halda üstünlük konvensiyanı qəbul etmiş ölkələrə veriləcəkdir.
Beynəlxalq konfransda agentliyin rəhbəri vəzifəsinə Avstraliyanın keçmiş naziri Con Feyki seçilmişdir.
Konfransda YUNESKO-nun konvensiyasını dəstəkləyən və onu qəbul edən ilk 50 ölkə sırasında olan Azərbaycanın da kodekslə bağlı müəyyən iradları dinlənilmişdir. Bundan əlavə, Azərbaycan Şərqi Avropa Regional Antidopinq Agentliyinə qoşularaq, gələcəkdə bu təşkilatla sıx əməkdaşlıq edəcəyini bildirmişdir.
WADA-nın 2008-ci ilin martında keçiriləcək növbəti iclasında hər bir ölkənin bu istiqamətdə gördüyü işlərlə bağlı hesabat dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]