DÜNYA AZƏRBAYCANLILARININ NÜMAYƏNDƏLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞLƏR
Dünya Azərbaycanlılarının Həmrəylik gününü tarixi vətəndə qeyd etmək üçün 30-a yaxın ölkədən Bakıya gəlmiş soydaşlarımız dekabrın 31-də Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişlər.
Rusiya Federasiyası, ABŞ, Polşa, Özbəkistan, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərən diasporumuzun nümayəndələri müstəqil Azərbaycan dövlətinin memarının xatirəsini ehtiramla yad etmiş, onun ruhuna dua oxumuş, məzarı önünə tər güllər düzmüşlər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi adından məzarın önünə əklil qoyulmuşdur.
Avropa və Ümumrusiya Azərbaycan konqreslərinin vitse-prezidenti, Ulyanovsk azərbaycanlılarının Nizami ictimai təşkilatının prezidenti Şakir Göyüşov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu bayramı bizə əbədi Prezidentimiz Heydər Əliyev bəxş etmişdir. Məhz onun müdrikliyi və uzaqgörənliyi sayəsində diasporumuz formalaşmışdır və möhkəmlənir.
Fürsətdən istifadə edərək bütün soydaşlarımızı bayram münasibətilə təbrik edirəm. Gün o gün olsun ki, növbəti həmrəylik gününü Şuşada - ümummilli liderimizin bu xiyabandakı heykəlindən də əzəmətli abidəsi önündə qeyd edək.
Mərasimdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak etmişdir.
Foto Namiq Məmmədovundur
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]