DÜNYA BANKININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLMİŞDİR
Dünya Bankının baş əməliyyat əməkdaşı Rozel Hiltonun başçılığı ilə bu təşkilatın nümayəndə heyəti maliyyə sektoruna texniki yardım layihəsinin icrasına nəzarət etmək üçün Bakıya səfərə gəlmişdir.
Oktyabrın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyətinin üzvləri Maliyyə Nazirliyində, Milli Bankda və digər qurumlarda görüşlər keçirəcəklər. Görüşlərdə bank sektorunda islahatlar proqramının gerçəkləşdirilməsi, Dünya Bankının maliyyələşdiridiyi özəl və maliyyə sektorlarının inkişafına dair proqramların və tədbirlərin vəziyyəti məsələləri müzakirə olunacaqdır. Danışıqlarda bank kapitalının birləşdirilməsi, bank sisteminin möhkəmlənidirməsi, habelə bank mühasibatının təkmilləşdirilməsi və infrastrukturun inkişafı məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
Bundan əlavə, Dünya Bankının nümayəndələri bu təşkilatın dəstəyinə ehtiyacı olan öncül islahat istiqamətlərini, o cümlədən yoxsulluğun azaldılmasına dair hökumət strategiyasının həyata keçirilməsini öyrənəcək, habelə yaxın üç il üçün nəzərdə tutulan digər proqramların başlıca istiqamətlərini müəyyənləşdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]