Dünya birinciliyi: Daha bir boksçumuz yarışa qələbə ilə başlayıb
Bakı, 17 aprel, AZƏRTAC
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub. Onlardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionumuz onaltıdabir final mərhələsi çərçivəsində Domeniko Vingiquerranı (İtaliya) məğlub edib - 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).
O, səkkizdəbir final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq.
Digər boksçularımız Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb.
Qeyd edək ki, bundan əvvəl millimizin üzvlərindən Əli Zamanov (52 kq) dörddəbir, Əzrək Bəbirovla (56 kq) Cəlal Qurbanov (60 kq) səkkizdəbir finala yüksəliblər.
Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnir aprelin 23-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]