Dünya çempionatı-2018: Cənubi Amerika zonası üzrə XII turun oyunlarının nəticələri məlum olub
Bakı, 16 noyabr, AZƏRTAC
Cənubi Amerika zonasında 2018-ci il dünya çempionatı çərçivəsində XII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçular səfərdə Peru millisi üzərində qələbə qazanıb - 2:0.
Argentina millisi isə öz meydanında Kolumbiyanın qapısından üç cavabsız top keçirərək ilk beşlikdə yer alıb. Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:
Çili - Uruqvay - 3:1
Boliviya - Paraqvay - 1:0
Ekvador - Venesuela - 3:0
Argentina - Kolumbiya - 3:0
Peru - Braziliya - 0:2
Qeyd edək ki, Cənubi Amerika zonası üzrə XIII turun oyunları martın 24-də oynanılacaq.