Dünya çempionatında üç ölkənin baş məşqçiləri çoxluq təşkil edir
Bakı, 16 noyabr, AZƏRTAC
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında üç ölkənin baş məşqçiləri çoxluq təşkil edir.
AZƏRTAC xəbər verir ki, Argentina, Portuqaliya və İspaniyanın mütəxəssisləri 3 fərqli komandanın sükanı arxasındadırlar.
Argentinalı Lionel Skaloni ölkəsinin yığmasında işləyirsə, onun həmyerlilərindən Qustavo Alfaro Ekvador seçməsinin, Gerardo Martino Meksikanın uğurları üçün çalışır.
Portuqaliyalı Fernando Santos ikinci dəfə ölkəsinin komandası ilə mundialda çıxış edəcək. Digər portuqaliyalılar Karlos Keyroş İran komandasına, Paulo Bento Cənubi Koreya kollektivinə rəhbərlik edir.
İspaniya millisi də yerli mütəxəssisə - Luis Enrikeyə etimad göstərir. Digər ispaniyalılar - Roberto Martines Belçika, Feliks Sançes isə Qətər yığmasında işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]