Dünya gözəli-2011 Leyla Lopes səhralaşmaya qarşı mübarizə məsələləri ilə məşğul olacaqdır
Bakı, 28 mart (AZƏRTAC). Torpaqların səhralaşması nəticəsində hər il 12 milyon hektar torpaq dövriyyədən çıxır. Bu qədər ərazidə 20 milyard tona qədər taxıl yetişdirmək olardı.
BMT-nin Səhralaşmaya Qarşı Mübarizə üzrə Konvensiyasının icraçı katibi Lyuk Qnakaca bu fikri BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında söyləmişdir.
Lyuk Qnakaca 2011-ci ildə “Dünya gözəli” titulu qazanmış Leyla Lopesi BMT-nin Səhralaşmaya Qarşı Mübarizə üzrə 1994-cü il iyunun 17-də qəbul edilmiş Konvensiyasının xoşməramlı səfiri kimi təqdim etmişdir.
Leyla Lopes bu problem barədə əhalinin məlumatlandırılmasına kömək etmək və bununla da səhralaşmaya qarşı mübarizə tədbirlərini fəallaşdırmaq üçün hər cür səy göstərəcəyini vəd etmişdir.
Lyuk Qnakaca öz növbəsində diqqəti belə bir fakta cəlb etmişdir ki, bu gün insanın fəaliyyəti nəticəsində orta hesabla hər dəqiqə 23 hektar torpaq sahəsi səhraya çevrilir.
Konvensiyanın icraçı katibi bildirmişdir ki, bu gün 2,7 milyard nəfər və ya dünya əhalisinin 38 faizi quraqlıq rayonlarda yaşayır. Qlobal istiləşmə səhralaşmanın miqyasını daha da genişləndirərək əhalinin dilənçi vəziyyətinə düşməsinə səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]