Dünya şahmat tacı uğrunda matçda ard-arda doqquzuncu heç-heçə qeydə alınıb
Bakı, 22 noyabr, AZƏRTAC
Şahmat üzrə dünya çempionu titulu uğrunda norveçli Maqnus Karlsen və amerikalı Fabiano Karuano arasında Londonda keçirilən matçın doqquzuncu partiyası da heç-heçə ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, matçın əvvəlki səkkiz partiyasında da qalibi müəyyən etmək mümkün olmayıb. Beləliklə, Karlsen və Karuano şahmat tacı uğrunda matçda ard-arda heç-heçə ilə başa çatmış partiyaların sayına görə yeni rekorda imza atıblar. Bundan əvvəlki rekord 1995-ci ildə rusiyalı Harri Kasparov və hindistanlı Vişvanatan Anandın mübarizəsində qeydə alınıb. Həmin matçın başlanğıcında tərəflər ard-arda səkkiz partiyada xalları bölüşüblər.
Doqquzuncu heç-heçədən sonra matçın hesabı 4,5:4,5-dir. Növbəti partiya noyabrın 22-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]