Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb
Bakı, 7 iyun, AZƏRTAC
Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 18:00-a olan məlumata əsasən, dünya üzrə 7 milyon 16 min 89 yoluxma və 402 min 794 ölüm faktı qeydə alınıb, 3 milyon 432 min 368 xəstə isə sağalıb.
Saytın məlumatına görə, dünya əhalisi arasında koronavirus səbəbindən ölüm səviyyəsi hər milyon insana orta hesabla 51,7 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uxan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]