Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyaya sığmayan şairə sığınan dünya

Dünyaya sığmayan şairə sığınan dünya

Azərbaycan qlobal və qitə miqyaslı tədbirlərin mərkəzi kimi...

Bakı, 8 dekabr, AZƏRTAC

Son illər ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini qloballaşan dünyada qazandığımız nüfuz və etibarın nəticəsi kimi xarakterizə etmək olar. Dünyada münbit şəraitli ölkə olaraq tanınan Azərbaycan, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq əlaqələri üçün, həm də körpü rolunu oynayır. Beynəlxalq əməkdaşlıq məsələlərinin böyük önəm verildiyi ölkəmizdə dünya dövlətlərinin bir araya gəlməsi, bəşəriyyət üçün önəmli mövzuların burada müzakirə edilməsi, əlbəttə ki, bizi sevindirir. Sistemli şəkildə dünya birliyinə inteqrasiya, çoxspektrli siyasi münasibətlərin genişlənməsi, ölkələrarası dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik mövzularına verilən töhfələr, dinlərarası və mədəniyyətlərarası münasibətlərin düzgün tənzim olunması, multikultural və tolerant yanaşmanın platforması kimi tanınmaq, ölkəmizi qlobal və qitəmiqyaslı beynəlxalq tədbirlərin mərkəzinə çevirən səbəblərdəndir. Bütün bunlar Prezident İlham Əliyevin ölkəni daim irəliyə aparmağa yönəlmiş praqmatik siyasətinin nəticəsidir. Bu gün Azərbaycanın daha da güclü və bütünlüklə dünya ictimaiyyəti tərəfindən qəbul edilən uğurlu dövlət olması üçün irimiqyaslı işlər görülür, qlobal layihələr həyata keçirilir. Dövlət başçısının bilavasitə rəhbərliyi ilə görülən bu işlər ölkəmizin təqdimatına və təbliğinə yönəlib. Bunun nəticəsidir ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər dünyanın bütün ölkələrindən olan tanınmış dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatların rəhbərlərini, sabiq nazirlər və parlamentariləri, diplomatları, elm adamlarını, QHT və media nümayəndələrini, eləcə də jurnalistlər və ekspertləri Bakıda bir araya gətirir.

Dostluq, sülh və mənəvi təmizliyin təbliği naminə açılan yeni üfüqlər

Bu ilin sentyabr ayının 27-də ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan, ölkədə ilk dəfə olaraq keçirilən, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına ithaf edilən, şeir və incəsənətin təbliği məqsədi daşıyan Festival digər tədbirlər kimi beynəlxalq əhəmiyyət daşıyırdı. Azərbaycan növbəti dəfə də ənənəsinə sadiq idi, Bakıda birlik və bərabərlik, dostluq, sülh və mənəvi təmizliyin təbliği naminə dünya dövlətləri üçün yeni üfüqlər açılmışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan tədbir hər kəsi vücudun sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarını seyr etməyə çağırırdı. Şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan - asimana” və “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçirilən tədbirin proqramı da olduqca zəngin və əhatəli idi. Festival çərçivəsində müxtəlif tədbirlər-mühazirə, simpozium və seminarlar, sərgi açılışları, tamaşalar, ədəbi-bədii gecələr, yoqa sessiyaları, zəngin tarixə malik xalçaçılıq məktəbimizin təqdimatı, həmçinin muğam və mənəviyyata səsləyən konsert proqramları təqdim olundu. Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində onun qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığı ilə yanaşı, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini ziyarət etdikdən sonra ölkəmizin tarixi haqqında həmin vaxt az da olsa məlumat ala bildilər.

Fərqli mədəniyyət və üslubları təmsil edən incəsənət xadimləri bir arada

Açılışı Heydər Əliyev Mərkəzində gerçəkləşən festivalda Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblının xüsusi layihə ilə çıxış etməsi olduqca maraqlı və təqdirəlayiq idi. XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların kompozisiyalarının təqdim olunduğu konsert mədəniyyətimizlə yanaşı, tariximizi də festival iştirakçılarının diqqətinə çatdırırdı. Üç gün davam edən festival zamanı iştirakçı dövlətlərin təmsilçiləri birgəyaşayışın üç əsas elementi hesab edilən sülh və təhlükəsizliyin təminatı, insan haqlarının müdafiəsi və inkişafa nail olma kimi prinsipləri Azərbaycanda rahatlıqla müşahidə edə bildilər. Bir çox maraqlı hadisələr ilə yadda qalan festival çərçivəsində Heydər Əliyev Mərkəzində açılan “Live Life”, Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun “Hürufilik: incəsənət və identiklik” və “ambient musiqi” janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayan İnonun “77 milyon rəsm əsəri” sərgilərinin fövqündə dünyanın gözəlliyi görünür, insan hislərinin ülviliyi rahatca duyula bilirdi. Leyla Əliyevanın müəllifi olduğu “Live Life” (Canlı həyat) sərgisi planetin gözəlliyini göstərməklə bütün insanları birliyə çağırırdı. London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda açılan, ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyan sərginin belə mötəbər tədbirlər ərəfəsində təqdim olunması həm Azərbaycan mədəniyyətinin təqdimatı, həm də müəllifin dünyanı necə görmək istəməsinin göstəricisi idi. Festival günlərində tariximizin atributlarından sayılan İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqlarda xoş təəssürat yaratdı. Qədim Bakıya səyahət edən iştirakçılar İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyaları görməklə, olduqca möhtəşəm poeziya nümunələri eşitdi, musiqi nömrələri dinlədi və teatr tamaşalarına baxa bildilər. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə - divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında müxtəlif mənzərə üzərində “canlandırılaraq” qonaqların qarşısına çıxırdı. Bundan başqa, festival boyu fərqli mədəniyyət və üslubları təmsil edən incəsənət xadimlərinin bir araya gələrək tamaşa və konsert proqramlarında vahid komanda halında çıxış etmək mesajı dünyaya incəsənətin dili ilə çatdırılırdı. Eyni zamanda, Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestri - tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestrin təqdim etdiyi konsert festivalın rəngarəng proqramlarından idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın iştirak etdiyi hər üç proqram qonaqlarda da xoş təəssürat yarada bildi. Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bundan başqa, Nəsimi - şeir, sənət və mənəviyyat Festivalının bu ilin noyabr ayının 19-20-də Rusiyanın paytaxtı Moskvada keçirilməsi olduqca təqdirəlayiq idi. Yenə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan festival ölkələri, xalqları, insanları birlik və bərabərliyə, dostluğa çağırırdı.

Multikulturalizm - dəyişməyən həyat tərzimiz

Bu gün Azərbaycan dünyanın həm siyasi, həm də mədəni elitası üçün həqiqi və real ölkə kimi tanınan, qəbul edilən ideal məkandır. Dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş belə tədbirlərdə müzakirə edilən məsələlər, səslənən fikirlər dünya üçün xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, böyük mütəfəkkir Nəsiminin yaradıcılığında “mən” həyat və bəşəriyyətin taleyidir. O, elə bir poetik dünyadır ki, bütün kainatın sirləri onda gizlənib. O, əbədi və əzəlidir. Dünyada müxtəlif şəkillərdə təzahür edir. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü dərk etməyə çağırır. Əlbəttə, ölkəmiz müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi özünü təsdiq edib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlərboyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Dünyada beynəlxalq münasibətlər mədəniyyətinə intellektual və mənəvi prinsiplər əsasında yanaşan Azərbaycan multikultarlizmi, həm də dövlətimizin dünyaya baxış tərzidir. Xalqımızın mədəniyyətində başqa xalqlara münasibətin anlaşıqlı və mehriban olması əsrlərdən gələn prinsipdir. Azərbaycanın multikultural dəyərləri millətlərarası mədəniyyətlərin birgə anlaşma, dostluq və qardaşlıq səviyyəsində unikallığına əsaslanan, sülhün, əmin-amanlığın qarantıdır. Bu mənada, Bakının ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə yüksək kulturoloji və mənəvi strategiyalar daşıyıcısı olan dəyərlərimiz, ölkədə müxtəlif millətlər və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, habelə dövlətlərin milli mədəniyyətinə hörmətlə yanaşmaq siyasətimiz, günü-gündən artan iqtisadi inkişafımız dünyanı bizə daha da yaxınlaşdırır. Dövlətin dünyəviliyini təmin edən multikulturalizm, millətin və cəmiyyətin dünyada sürətlə tanıdılmasını təmin edir, ümummədəniyyət müstəvisi yaradır. Bu gün ölkəmizin multikultural dəyərləri xalqların adət-ənənələrini, vərdişlərini ümumiləşdirərək mədəni plüralizmi qəbul edir və onun inkişafına zəmin yaradır. Bütün bunları nəzərə alaraq, Azərbaycanın zəngin mədəni-mənəvi irsə və multikultural ənənələrinə malik olması, nəticədə sülh tərəfdaşı kimi çıxış etməsi beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu həqiqətlər bizim üçün alternativi olmayan həyat tərzidir. Həyat tərzimiz isə heç vaxt dəyişməyəcək.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib