Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır

Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır

Bakı, 16 iyul, AZƏRTAC

Bu günlərdə Azərbaycan cəmiyyəti respublikanın ikinci ən böyük şəhəri olan Gəncədə baş vermiş faciəli hadisələri fəal müzakirə edir. Baş vermiş hadisələr barədə düşündükcə bir daha yəqin edirsən: tarix təkrarlanma xüsusiyyətinə malikdir. Axı, Azərbaycanın ən yeni tarixində belə hallar olub ki, respublikanın həyatında sıçrayış xarakterli mühüm hadisələrdən sonra ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr iğtişaşlar törətməyə və sabitliyi pozmağa cəhd göstəriblər. 1994-cü ilin payızını xatırlayaq. Həmin il sentyabrın 20-də Azərbaycanın sürətli iqtisadi inkişafının və indiki qüdrətinin təməlini qoymuş “Əsrin müqaviləsi” imzalandı. Bundan bir həftə sonra terror aktı nəticəsində respublikanın iki məşhur siyasi və dövlət xadimi - Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Daha bir neçə gündən sonra, oktyabrın 3-4-də Azərbaycanda silahlı dövlət çevrilişi törətməyə cəhd göstərildi.

İstər-istəməz paralellər aparmalı oluruq. Bu il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, dəyəri 40 milyard dollardan çox olan bu möhtəşəm layihə Avrasiyanın enerji xəritəsinin formatını dəyişəcək. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu boru kəməri - TANAP işə salındı. Bu kəmər vasitəsilə Azərbaycan qazı Avropaya nəql ediləcək. Nəhayət, iyunun 26-da Bakıdakı Azadlıq meydanında hazırda dünyanın ən güclü 50 ordusu sırasına daxil olan, döyüş qabiliyyətli və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmağa nail olmuş Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən möhtəşəm parad keçirildi. Azərbaycanın inamlı, ardıcıl irəliləyişini, onun dünyada artan nüfuzunu gözləri götürməyən qüvvələr bu dəfə də ölkədə sabitliyi, əhalinin sakit həyatını pozmağa və qarşıdurma yaratmağa cəhd göstərdilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edildi, bundan bir həftə sonra isə din pərdəsi altında bir qrup radikal şəhərdə iğtişaş törətməyə cəhd göstərdi. Təəssüf ki, qan töküldü - hüquqazidd hərəkətlərin qarşısının alınması prosesində iki polis zabiti şəhid oldu.

Fikir verin - hər iki halda Azərbaycana düşmən qüvvələrin dəst-xətti və texnologiyaları eynidir. Lakin onlar yanıldılar, çünki 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sabit, demokratik və hüquqi dövlət qurulması yolunda ilk addımlarını atan Azərbaycan ölkəni qorumağa, onu xaosdan və sarsıntılardan müdafiə etməyə nail olmuşdu, indi isə respublikamızın qüvvələri və imkanları qat-qat artıb, səmərəli fəaliyyət göstərən hakimiyyət orqanları, sabitliyi və hüquqi qaydanı təmin etməyə qabil olan hüquq-mühafizə orqanlarının formalaşdığı bir şəraitdə bədxahlarımız heç nəyə ümid edə bilməzlər. Lakin burada başlıca amil, əlbəttə, iqtidar ilə xalqın birliyidir. Prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdakı çıxışında bunu xüsusi vurğulayıb. Həqiqətən bu birlik sarsıntılar dövründə ölkəni qorumağa qabil olan böyük qüvvədir. Bu birlik 1994-cü ilin oktyabrında da özünü göstərdi: o vaxt ulu öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan qanuni hakimiyyəti müdafiə etmək üçün Prezident Administrasiyasının binası qarşısında toplaşdı. Bu birlik sonralar da - ölkə üçün çətin olan bütün məqamlarda, o cümlədən bu günlərdə baş vermiş Gəncə hadisələri zamanı yenidən parlaq şəkildə təzahür etdi: Azərbaycan xalqı göstərdi ki, o, öz dövlətinin, öz Prezidentinin yanındadır və xaricdə qurulan, ölkəmizi Yaxın Şərqin bir sıra ölkələrində baş verən və bu gün də davam edən qanlı hadisələr və terror arenasına çevirmək niyyəti güdən məkrli ssenarilərin burada həyata keçirilməsinə imkan verməyəcək.

Baş verən hadisələrin ən iyrənc cəhəti ondan ibarətdir ki, bu çirkin planların təşkilatçıları və icraçıları dini şüarlarla pərdələnir və çox həssas bir materiya - insanların dini hissləri ilə oynamağa çalışırlar. Lakin bütün bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əvvələn, terrorçunun nə inamı, nə imanı, nə vətəndaşlığı, nə vətəni var, onun nəzərində heç bir müqəddəs dəyər yoxdur. Allahın adından istifadə edərək insanları Ulu Tanrının bəxş etdiyi həyatdan məhrum etmək olmaz. Bu, heç bir vasitə ilə bəraət qazandırıla bilməyən ən böyük günahdır. Yeri gəlmişkən, digər səmavi dinlərdə olduğu kimi, İslamda da hər bir insanın həyatı dəyərlidir.

Azərbaycanlılar müsəlman Şərqində ilk demokratik, parlament respublikasını yaradan xalqdır. Xalqımızın dövlətçilik tarixi Midiya və Atropatenadan başlanır! Biz XI qırmızı ordunun 1920-ci ildə son qoyduğu müstəqilliyimizin bərpasına yüzdən çox şəhidin həyatı bahasına nail olmuşuq. Dünyəvi dövlət və demokratiya ölkə əhalisinin böyük əksəriyyətinin şüurlu seçimidir. Bəs, bir ovuc bədbəxt radikal nə istəyir - öz məkrli “dəyərlərini” milyonlarla azərbaycanlıya sırımaqmı?

Bir fakt şübhəsizdir: Azərbaycanın inkişafını, onun sabitliyini istəməyən qüvvələr bu addımı bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı atıblar. İyulun 13-də respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda dövlətimizin başçısı İlham Əliyev məhz bu məqamı vurğulayıb: “Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.

Gəncədə atəş açılandan sonrakı ilk günlərdə özlərinin nadanlığı ucbatından cinayətkarı sosial şəbəkələrdə “qəhrəmana çevirmək” üçün cəhd göstərənlər bunu anlamalıdırlar. Xoşbəxtlikdən belələri azdır və onlar xəcalət çəkməlidirlər. Onlar başa düşməlidirlər ki, Azərbaycanda ekstremizm keçməyəcək, ilk növbədə, ona görə ki, xalq özü onu qəbul etmir. Ekstremizm xalqımıza yabançıdır. Prezident çıxışında bunu da qeyd edib: “Bu cinayətkarlar müsəlman deyillər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.

Daha bir məqamı qeyd etmək istərdim. Gəncədə iğtişaş törətməyə cəhd göstərmiş ekstremistlərin və satqınların hərəkətləri elə həmin günlərdə ölkəmizin həyatında baş vermiş çox mühüm hadisənin üzərinə kölgə sala bilmədi. NATO-nun Brüsseldə keçirilmiş Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənəd paraflandı. Bu, böyük uğurdur, çünki həmin sənəddə aşkar şəkildə qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılması Avropa İttifaqının əsas prioritetlərindən biri adlandırılıb (yeri gəlmişkən, eyni vaxtda ABŞ Dövlət Departamenti də bunu bəyan edib), respublikamızın mədəniyyətlərarası dialoqa böyük töhfəsi qeyd olunub, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə edilib. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri sosial şəbəkələrdəki səhifələrində vurğulayıblar ki, “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına yeni impuls verib. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin çox böyük diplomatik uğurudur. Təzadlar göz qabağındadır: bir tərəfdə Avropa ölkələri ailəsində Azərbaycanın işıqlı gələcəyinə yönəlmiş addımlar, dövlətin və xalqın mənafelərini hər şeydən üstün tutan, insanların dinc, sakit, firavan həyatının təmin edilməsinə, ümumbəşəri dəyərlərin təntənəsinə yönəlmiş siyasət, digər tərəfdə isə ölkəni orta əsr bataqlığına, nadanlığa sürüməyə, onu hər hansı perspektivlərdən məhrum etməyə, vətəndaş qarşıdurması yaratmağa çalışan bir ovuc radikalın hüquqazidd hərəkətləri. Sosial şəbəkələrdə öz maddi maraqları naminə şeytanın özünə belə qulluq etməyə hazır olan, insan adlandırılmağa layiq olmayan varlıqları “qəhrəmanlar” kimi qələmə vermək yox, bu təzadlar barədə yazmaq lazımdır.

Gəncə hadisələrinin hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə aparılmış təhqiqatlar radikal ekstremistlər şəbəkəsini aşkar etməyə imkan verib. Müəyyənləşdirilib ki, ekstremistlər Gəncə hadisələrini ölkənin başqa şəhərlərində, o cümlədən Sumqayıtda da təkrar etməyi planlaşdırırmış. Artıq onlarca ekstremist həbs edilib və şübhə yoxdur ki, onlar hamısı layiqli cəzalarını alacaqlar. Heç kəs məsuliyyətdən yaxa qurtara bilməyəcək. Prezident İlham Əliyev bunu qətiyyətlə bəyan edib.

Bu yaramazlar və onların xaricdəki sifarişçiləri üçün ən böyük cəza isə Azərbaycan dövlətinin sarsılmazlığı, xalq ilə iqtidarın möhkəm birliyidir!

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri,
Dünya Xəbər Agentlikləri Konqresinin,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA) prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib