DÜŞƏNBƏDƏ MDB-NİN GƏNCLƏRDƏN İBARƏT SİMFONİK ORKESTRİNİN KONSERTİ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva Dövlət Akademik Filarmoniyasının təşəbbüsü, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yaradılan Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət simfonik orkestri sentyabrın 18-də Düşənbədə MDB-nin elm və yaradıcı ziyalılarının III Forumunun iştirakçıları qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir.
Orkestr ilk konsertini sentyabrın 13-də Moskva Konservatoriyasının Böyük salonunda, sonra isə Azərbaycanda vermişdir. Kollektiv Tacikistandan sonra Qırğızıstana və digər MDB ölkələrinə səfər edəcəkdir.
Kollektivin tərkibində Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukraynadan 98 musiqiçi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]