ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda yeni monoqrafiyalar çapa tövsiyə olunub
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanan “Muxtar Auezov: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyası nəşr olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun birinci yarımillik üzrə Elmi şurasında qərar qəbul edilib.
Şuranın qərarına əsasən institutun Uşaq ədəbiyyatı şöbəsində hazırlanan “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası”, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” və institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyaları da çapa tövsiyə olunub.