Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədibə İsmayılova : Milli kitabxanalar intellektual sərvəti qoruyan vacib bir qurumdur

Ədibə İsmayılova : Milli kitabxanalar intellektual sərvəti qoruyan vacib bir qurumdur

Bakı, 19 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC

102 il əvvəl 5 min nüsxə kitabla fəaliyyətə başlayan Azərbaycan Milli Kitabxanasının fondunda bu gün 4 milyon 702 min 735 nüsxə ədəbiyyat toplanıb. Zəngin kitab fonduna malik Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri –əlyazma kitabları, daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, XIX əsrdən bu günədək nəşr olunan dövri mətbuat nümunələri toplanıb. Kitabxana öz fəaliyyətində kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi sərvətlərin toplanılması, mühafizəsi və onlardan istifadə imkanlarının artırılması sahəsində mühüm addımlar atıb. Milli Kitabxananın maddi-texniki təminatı xeyli yaxşılaşıb, müasir tipli informasiya texnologiyaları ilə təchizatı gücləndirilib. Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova AZƏRTAC-a müsahibəsində kitabxananın keçdiyi zəngin tarixi inkişaf yolu, müasir dövrdə həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri, innovativ xidmət modelləri və kitabxana-informasiya sahəsində süni intellekt texnologiyalarının rolundan danışıb.

Nadir kitablar

Ədibə İsmayılova Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsi barədə məlumat verib. Qeyd edib ki, burada dünyanın 20‐ə yaxın dilində ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları mühafizə olunur. Nadir kitablar fondunda dünyanın ən qədim nəşriyyatlarından biri olan “Elzevir qardaşları nəşriyyatı”nın zəngin kolleksiyası mühafizə edilir. Bu kolleksiyanın latın dilində “Homerin Hesiodla mübahisəsi”ni (Anno,1573) kitabxananın ən qədim kitabı kimi göstərmək olar. Milli Kitabxananın kolleksiyasında XVI əsrə aid qədim çap kitabları içərisində nadir nəşrlərdən biri kimi “Türklər haqqında 10 nəsihət” (Yena şəhəri, 1595, alman dilində) hesab edilir. Nadir kitablar fondunda Qafqazşünaslığa, xüsusilə də Azərbaycanşünaslığa dair 600‐dən yuxarı unikal kitab və jurnal materialı mühafizə olunur. Həmin nəşrlər Qafqazda yaşayan xalqlar haqqında, əsasən də, Azərbaycan xalqı, onun tarixi, coğrafiyası, ədəbiyyatı, etnoqrafiyası, mədəniyyəti, milli xüsusiyyətləri və adət‐ənənələri haqqında zəngin məlumat verir.

Azərbaycan ədəbiyyatının arxivi fondunda məzmun və tarixilik baxımından bir sıra qiymətli kitablar vardır. Belə nadir kitablardan A.A.Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunan “Qanuni-Qüdsi”əsəri, Füzulinin 1849-cu ildə Təbrizdə çap olunan “Divan”ı, “Bəngü Badə”(1845) və “Leyli və Məcnun”(1858) əsərləri, M.F.Axundzadənin “Təmsilatı”nın (1860) Tiflis nəşri və başqa əsərləri qeyd etmək olar. Milli Kitabxananın fondunun mühüm tərkib hissələrindən birini dövri nəşrlər təşkil edir. Kitabxananın Azərbaycan ədəbiyyatının arxivi fondunda mətbuat tariximizin misilsiz bir hissəsinə idi 1875-1930-cu illəri əhatə edən qəzet materiallarının orijinalları və fotosurətləri, eləcə də Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnal komplektləri qorunub saxlanılır.

Kitabxanada saxlanılan milli mətbuatımızın ilk qaranquşu hesab olunan, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoyan təbiətşünas-alim, maarifpərvər ziyalı Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti (1875), ən qədim milli jurnal isə “Molla Nəsrəddin” (1906) və “Dəbistan”dır (1906). 1875-1877-ci illərdə iki həftədə bir dəfə çıxmaqla “Əkinçi” qəzetinin 56 nömrəsi buraxılıb. Milli Kitabxananın Azərbaycan ədəbiyyatı arxivi fondunda “Əkinçi” qəzetinin 1875-1877-ci illərə dair orijinal nüsxələrinin tam komplekti mühafizə olunur. XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr edilmiş müxtəlif qəzetlərin tam komplektlərinin elektron versiyası yaradılıb və kitabxananın saytında “E-dövri mətbuat” bölməsində yerləşdirilib. Hazırda kitabxanada dövri mətbuat nümunələrinin elektronlaşdırılması işi davam etdirilir. Ötən əsrin ikinci onilliyində qədim yurd yerimiz İrəvanda Azərbaycan dilində "Lək-lək"(1914), "Bürhani-həqiqət", "Zəngi"(1924-1927), "Qızıl Şəfəq"(1927-1937) kimi qəzet və jurnallar nəşr olunurdu. Bu qəzetlər İrəvanın mədəni, ictimai-sosial həyatında baş vermiş hadisələrin işıqlandırılmasında böyük əhəmiyyət kəsb edirdilər. Milli Kitabxanada Qərbi Azərbaycanda, İrəvanda Azərbaycan dilində nəşr olunan qəzetlərin nüsxələri mühafizə olunur. Qəzetlər oxucuların istifadəsi üçün elektronlaşdırılıb. Bu gün bu sənədlər Qərbi Azərbaycanda ədəbiyyatımızın, mətbuat və mədəniyyətimizin və bütövlükdə mədəni irsimizin tədqiqi ilə bağlı böyük əhəmiyyət kəsb edir.

Hazırda Kitabxanamızda dövri mətbuat nəşrlərinin böyük əksəriyyəti, 198 adda qəzet – “Əkinçi”, “Açıq söz”, “Al bayraq”, “Asari Həqiqət”, “Azərbaycan”, “Bəsirət”, “Doğru söz”, “Doğru yol”, “El”, “Gənc işçi”, “Günəş”, “Həyat”, “Hilal”, “Hümmət”, “Hürriyyət”, “İttihad” və s., 878 adda isə jurnal – “Molla Nəsrəddin”, “Dəbistan”, “İnqilab və mədəniyyət”, “Maarif işçisi”, “Maarif yolu”, “Zənbur”, “Мусульманский мирь”, (Musulmanskiy mir) və s. elektron sənəd formasında istifadəçilərə təqdim olunur. Milli Kitabxanada aparılan bu iş Azərbaycanın milli mətbuat sərvətlərinin qorunması üçün böyük əhəmiyyətli mənbələr hesab edilir. Elektron versiya isə onları indiki istifadəçilər və gələcək nəsillər üçün saxlayaraq istifadəsini təşkil etməyə şərait yaradır.

Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl Fondu”

Müsahibim kitabxanada saxlanılan Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl Fondu”ndan da danışıb. Vurğulayıb ki, Fonoteka fondunda 30 minə yaxın səsyazma qorunub saxlanılır. Kitab, qəzet və jurnalların elektron versiyaları ilə yanaşı, Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatının, not nəşrlərinin elektron versiyalarının bazaları da yaradılaraq oxucuların istifadəsinə verilib. Qədim köklərə malik olan Azərbaycan musiqisinin çoxəsrlik inkişaf tarixi var, xalqın əsrlər boyunca yaratdığı musiqi sərvətlərinin qorunub saxlanmasında və nəsildən-nəslə ötürülməsində Milli Kitabxananın rolu böyükdür. Azərbaycanın musiqi irsinin mühafizəsi və təbliği istiqamətində Milli Kitabxananın həyata keçirdiyi bəzi layihələri qeyd etmək istərdim. Milli Kitabxananın arxiv fondunda mühafizə olunan 30 min qrammofon valının CD disklərə köçürülərək elektron bazası yaradılıb. 1960-cı ildən 1990-cı ilə qədər müxtəlif səsyazma şirkətləri tərəfindən buraxılmış bu qrammofon vallarında dünyanın və Azərbaycanın musiqi irsi öz əksini tapır. Milli Kitabxana tərəfindən “Elektron musiqi kitabxanası” layihəsi həyata keçirilib. Hazırlanan elektron baza Azərbaycanda yeganə olan bu nadir “Səsyazıları fondu”nun mühafizəsində və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Qısaca olaraq “Elektron musiqi kitabxanası”nın mühüm tərkib hissəsi olan Azərbaycan musiqisi bölməsi haqqında məlumat vermək istərdim. Azərbaycan musiqisi bölməsində muğam ensiklopediyası, Azərbaycan bəstəkarlarının antologiyası, Milli Dram Teatrının qızıl səhifələri, uşaqlar üçün mahnılar, tematik toplular, 72 Azərbaycan bəstəkarının əsərlərinin səsyazıları, vokalistlər, alətçilər, xanəndə və müğənnilər, çalğıçılar, kollektivlər, aşıqlar, eyni zamanda, Azərbaycan estrada müğənnilərinin səsyazıları yer alır. Milli musiqi xəzinəmizin unikal nümunələrini özündə birləşdirən bu məlumat bazasına daxil olan səsyazılarının daha geniş təbliğinə nail olmaq məqsədilə Milli Kitabxana tərəfindən onların kataloqları da tərtib edilib. Musiqişünaslar, ali, orta ixtisas və musiqi məktəblərinin tələbə və müəllimləri üçün nəzərdə tutulmuş bu kataloqun 3 buraxılışı nəşr olunaraq yayılıb və onların elektron resursu isə kitabxananın saytında yerləşdirilib. Səsyazılarından oxucuların səmərəli istifadəsini təmin etmək məqsədilə fonoteka zalı da təşkil olunub. Azərbaycan musiqisinin dünyada və respublikada geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Milli Kitabxana tərəfindən "Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı layihə həyata keçirilib. Azərbaycan Milli Kitabxanasının əməkdaşları beynəlxalq musiqi saytı olan “Petruççi Musiqi kitabxanası”nda Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səs yazılarını mp-3 formatında yerləşdiriblər. Bura Azərbaycanın Dövlət Himni, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi şedevrlərin həm notu, həm də səs yazısı, korifey ifaçılarımızdan ölməz Bülbülün, Xan Şuşinskinin, unudulmaz Rəşid Behbudovun, Lütfiyar İmanovun, Habil Əliyevin və digər görkəmli sənətkarlarımızın ifasında xalq və bəstəkar mahnılarımızın lent yazıları yerləşdirilib.

Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı

Ədibə İsmayılova Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi haqqında da ətraflı məlumat verib: “Layihə çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə məxsus olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron nüsxələrinin Milli Kitabxanaya gətirilməsi həyata keçirilir. Həmin layihə çərçivəsində Azərbaycan ədəbiyyatı klassiklərindən Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin əlyazmalarının elektron nüsxələri Milli Kitabxanaya gətirilib. “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron baza yaradılıb. Milli Kitabxanada kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində atılan ciddi addımlar nəticəsində oxuculara xidmət işinin müasir növləri tətbiq edilir və bu iş gündən-günə genişləndirilir. Oxucu sorğularının ödənilməsində elektron kataloq aparıcı rol oynayır. Elektron kataloq ənənəvi kataloqdan axtarışın müxtəlifliyinə görə fərqlənir və elektron kataloq ədəbiyyat fondu haqqında ənənəvi kataloqdan daha dolğun biblioqrafik məlumata malik olduğundan, oxucuya çoxelementli və çoxsəviyyəli axtarış imkanları təklif edir. Digər tərəfdən, oxucu elektron kataloq vasitəsilə uzaq məsafədən ədəbiyyat axtarışı apara bilir və istədiyi kitabı sifariş verə bilir. Telekommunikasiya vasitələri qeyri-məhdud sayda oxucuya eyni zamanda elektron kataloqda biblioqrafık təsvirin bütün əsas elementləri və avtoritet yazılar üzrə axtarış aparmaq, kitabxana fondunda olan ədəbiyyatı sifariş etmək imkanı yaradır”.

Açıq Kitabxana - sərbəst mütaliə məkanı

Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Milli Kitabxananın nəzdində həftənin bütün günləri fəaliyyət göstərən “Açıq Kitabxana - sərbəst mütaliə məkanı” yaradılıb. Bu gün yeni tipli Açıq kitabxanada oxucuların elektron-informasiya xidmətlərindən yararlanması üçün də əlverişli şərait mövcuddur. Açıq Kitabxanada Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqları və ödənişsiz Wi-Fi şəbəkəsi quraşdırılıb. Burada elektron xidmətlərin genişləndirilməsi, oxuculara göstərilən xidmətin səviyyəsinin daha da artırılması məqsədilə Açıq kitabxananın saytı fəaliyyət göstərir. Sayt vasitəsilə oxucular Açıq kitabxananın virtual sifariş xidmətlərindən yararlanır, onun fondunda olan kitablarla onlayn tanış olur, lazım gəldikdə seçdikləri kitabı sifariş edə, eyni zamanda burada keçirilən tədbirlər haqqında məlumat əldə edə bilirlər. Həmçinin oxucuların dünya və respublika kitabxanalarının saytlarına giriş, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanı vardır.

Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılması çox aktual və vacib məsələdir

Milli Kitabxananın beynəlxalq əlaqələr və beynəlxalq kitab mübadiləsi sahəsində fəaliyyəti gündən-günə genişlənir. Kitabxananın beynəlxalq əlaqələrinin ən əyani nümunələrindən biri onun professional beynəlxalq təşkilatlarda təmsil olunması və iştirakıdır. Ədibə İsmayılova bildirib ki, Milli Kitabxana 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının - BAE üzvü və 5 təsisçisindən biridir. Həmçinin Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları təşkilatının – İFLA-nın, Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının – CENL-in üzvüdür. Eyni zamandan Türkdilli Ölkələrin Milli Kitabxanaları Birliyinin və İƏT Üzvü Olan Ölkələrin Milli Kitabxanaları Birliyinin üzvü və yaradıcılarındandır. Milli Kitabxana bu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən illik toplantılarında və konfranslarında mütəmadi olaraq iştirak etməklə yanaşı, bu tədbirlərin təşkilatçısı və ev sahibi qismində də çıxış edir. CENL-in, BAE-nin, İƏT üzvü olan və Türkdilli ölkələrin milli kitabxanalarının növbəti toplantıları Bakıda böyük uğurla keçirilib. Azərbaycan Milli Kitabxanası dünyanın 60-dan çox ölkəsinin milli və universitet kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalayıb, 90-dan artıq ölkə kitabxanaları ilə kitab mübadiləsini həyata keçirir. Qarşılıqlı beynəlxalq kitab və informasiya mübadiləsi, elektron resurslardan ikitərəfli istifadənin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, qarşılıqlı beynəlxalq tədbirlərin keçirilməsi, ötən əsrlərdə çap olunmuş nəşr materiallarının qarşılıqlı mübadiləsi imzalanan memorandumların əhəmiyyətli nəticələri hesab oluna bilər. Milli Kitabxana tərəfindən son iki ildə 6 ölkənin milli kitabxanasında (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Qətər, Özbəkistan) qarşılıqlı razılaşma əsasında daimi "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb. Kitabxana türkdilli ölkələrin mədəni dəyərlərinin təbliğində mühüm rol oynayan TÜRKSOY təşkilatı ilə səmərəli əməkdaşlıq edir və mütəmadi olaraq həm Azərbaycanda, həm TÜRKSOY-un iqamətgahında, həm də türkdilli ölkələrdə birgə mədəniyyət tədbirləri, yubileylər təşkil olunur, elmi konfranslar və kitab təqdimatları keçirilir. 2024-cü ilin dekabrında Azərbaycan Milli Kitabxanasında Türk Dünyası Milli Kitabxanaları Birliyinin təsis iclası keçirilib. Birliyin idarəedici orqanı olan Direktorlar Şurası yaradılıb. Milli Kitabxananın direktoru professor Kərim Tahirov yekdilliklə birliyə sədr seçilib. Türk dünyası dövlətlərinin milli kitabxanaları arasında əlaqələrin qurulması, vahid türk ədəbiyyatının elektron kataloqunun və elektron kitabxanasının yaradılması və habelə türkdilli ölkələrin kitabxanaları arasında aktiv kitab və informasiya mübadiləsinin, təcrübə mübadiləsinin təşkili məqsədilə bu gün Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılması çox aktual və vacib məsələdir.

Kitabxana-informasiya sahəsində süni intellekt tətbiq olunur

Son illər süni intellekt müxtəlif sahələrdə, o cümlədən kitabxana - informasiya sahəsində geniş istifadə olunur. Ədibə İsmayılova kitabxana-informasiya sahəsində süni intellektin tətbiqinin kitabxana proseslərini təkmilləşdiməyə və istifadəçilərə daha səmərəli informasiya xidmətləri təqdim etməyə kömək edən bir çox üstünlüklərindən danışıb: “ Kitabxana - informasiya sahəsində süni intellektdən istifadə materialların indeksləşdirilməsi və kataloqlaşdırılması, istifadəçi sorğularının işlənməsi, məlumatların təhlili və s. kimi bir çox gündəlik işləri avtomatlaşdırmağa imkan yaradır. Bu, kitabxanalara vaxt və resurslara qənaət etməyə, proseslərin səmərəliliyini artırmağa kömək edir. Süni intellektin kitabxana - informasiya sahəsinə tətbiqi biblioqrafik bazaların, ilk növbədə elektron kataloqun axtarış imkanlarının təkmilləşdirilməsinə yardımçı olur. Süni intellekt kitabxanadakı sənədləri avtomatik indeksləşdirmək və təsnif etmək üçün də əlverişlidir. Həmçinin maşın öyrənmə alqoritmləri və neyron şəbəkələrindən istifadə edərək sistem sənədlərin məzmununu təhlil edə və onlara müvafiq açar sözlər və kateqoriyalar təyin edə bilər. Bu, kitabxanada axtarışı asanlaşdırır. Süni intellekt fərdiləşdirilmiş ədəbiyyat tövsiyələri təklif etmək üçün istifadəçilərin seçimlərini, oxuma tarixçəsini və digər məlumatları təhlil edə bilər. Bu da istifadəçilərə yeni və maraqlı məzmun tapmağa kömək edir. Həmçinin süni intellekt istifadəçi suallarına cavab verə bilən, məlumatların axtarışına kömək edən və yardım xidmətləri göstərən virtual köməkçilər və “chatbotlar” yaratmaq üçün də istifadə oluna bilər. Bu istənilən vaxt, istənilən yerdə məlumat əldə etməyə imkanı verir. Süni intellekt kitabxanadakı kitablar, məqalələr və digər materialların istifadəçi rəylərini və reytinqlərini təhlil etmək üçün də yetərlidir. Gələcəkdə istifadəçilərə məlumat axtarmağa, suallara cavab verməyə və digər xidmətlər göstərməyə kömək edəcək virtual köməkçilər süni intellekt texnologiyalarına əsaslanacaq. Kitabxana-informasiya sahəsində süni intellektin inkişafı gözlənilir, bu da onu daha effektiv və istifadəçilər üçün əlçatan edəcək”.

Hazırda milli kitabxanalar ölkə üçün mühüm əhəmiyyətə malik bir informasiya, sənəd-kommunikasiya, mədəniyyət müəssisəsi, milli intellektual sərvəti qoruyan vacib bir qurum rolunu oynayır. Eyni zamanda ölkənin kitabxana sisteminin aparıcı orqanı, başlıca olaraq cəmiyyətin informasiya təminatını həyata keçirən sosial institutdur. Zaman keçdikcə, informasiyanın yazılmasının, saxlanmasının, ötürülməsinin, istifadəsinin yeni-yeni vasitələrinin meydana gəlməsi milli kitabxanaların ölkə, millət üçün əhəmiyyətini nəinki azaltmır, hətta daha da artırır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO