Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşdirilir

Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşdirilir

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında ədliyyə orqanları tərəfindən cari ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə yeni quruculuq, tərəqqi dövrünü yaşadığını, xalqımızın sosial rifahının yaxşılaşdığını, ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artdığını vurğulayıb.

Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə qarşıdan gələn 2023-cü il “Heydər Əliyev İli” elan olunub və bununla bağlı əhatəli tədbirlər planı təsdiq olunaraq həyata keçirilməsinə başlanılıb.

İclasda Ümummilli Liderin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərin, o cümlədən tarixi, mədəni və dini abidələrimizin bərpasından danışıb, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini qeyd edib.

Bildirilib ki, ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir, “Şuşa İli” çərçivəsində mədəniyyət paytaxtımızda məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələrinə və apellyasiya məhkəmələrinin yaradılmasının 15 illiyinə həsr olunan Şuşa konfransı keçirilib, azad edilmiş ərazilərimizdə nazirlik tərəfindən müasir innovativ metodlar əsasında səyyar ədliyyə xidmətləri təşkil olunub.

Bu il dövlətimizin başçısının iştirakı ilə Bakıda yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib. Prezident tərəfindən ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul olunub, o cümlədən nazirliyin aparatının müasir çağırışlara uyğun yeni strukturu təsdiq edilib, 2022-ci il 28 dekabr tarixli Sərəncamla apellyasiya və birinci instansiya məhkəmələrinə hakimlərin təyinatları aparılıb, fəaliyyətində fərqlənən ədliyyə işçiləri və hakimlər dövlət təltiflərinə layiq görülüblər.

Ötən ay peşə bayramı ərəfəsində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş bir qrup ədliyyə işçilərinə nazir tərəfindən bu yüksək dövlət mükafatları təntənəli təqdim edilib. Təltif olunmuş əməkdaşlar onların fəaliyyətinə verilmiş yüksək qiymətə və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edib, qarşıya qoyulan vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklərini söyləyiblər.

İclasda Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair milli fəaliyyət planlarının, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağı görülən tədbirlər qeyd edilərək, bu mühüm sənədlərin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb, növbəti il üçün aidiyyəti tədbirlər müəyyənləşdirilib.

Cari ildə ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, nazirlik tərəfindən qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək 1200-dək yeni normativ hüquq akt layihələri hazırlanıb, 3400-dən çox akt ekspertizadan keçirilib. Həmin layihələr əsasən iqtisadi və sosialyönümlü, o cümlədən müharibə veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məsələləri ilə bağlı olub.

Qanunvericilikdəki yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə “Hüquqi aktların vahid elektron bazası”ndan (e-qanun.az) istifadə sayı 15 faizə qədər artaraq 3 milyonu ötüb. Həmin resursun yeni mobil versiyası yaradılaraq istifadəyə verilmiş və ondan insanların daha tez və asan bəhrələnməsi üçün geniş ictimai təqdimatlar keçirilib.

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4,7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb. Nikahın sayı 60 mini ötüb, boşanma 10 faizədək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.

Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb.

İclasda ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılmasına, rəqəmsal texnologiyaların geniş tətbiqinə xüsusi önəm verilərək elektron və mobil innovasiyaların tətbiqinin daim genişləndirildiyi qeyd olunub, nazirliyin yaratdığı “Mobil notariat” xidmətinə ictimai maraq artaraq istifadəçilərinin sayının təxminən yarım milyona çatdığı və onun imkanlarının artırıldığı bildirilib, vətəndaşlıq vəziyyəti aktlarının (doğumun, ölümün) qeydiyyatı ilə bağlı növbəti innovasiyanın - “Mobil əhali” tətbiqinin istifadəyə verildiyi qeyd olunub.

Cari ildə, həmçinin nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təsirli tədbirlər davam etdirilərək yarım milyona yaxın sənədin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə 900 milyonadək, o cümlədən vergi borcları ilə bağlı təxminən 33 milyon manat vəsait dövlət büdcəsinə ödənilib. Azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası ilə bağlı nazirlik tərəfindən əlavə tədbirlər görülərək nəzarət gücləndirilib, cari ildə 5 min məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Nazirlik tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlərin görüldüyü, 2022-ci ildə inzibati nəzarət qaydasında 17 faiz çox - 90 mindən artıq bələdiyyə aktının yoxlanıldığı, 3000-dən çox aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 12 min 300 hektar torpaq sahəsinin geri qaytarıldığı bildirilib.

Bundan əlavə, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə ədliyyə sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyi, təcrübə mübadiləsinin aparıldığı, birgə tədbirlərin təşkil olunduğu qeyd olunub, Gürcüstanla əməkdaşlığa dair Memorandum imzalanaraq səmərəli implementasiya edildiyi, birgə Hüquq Forumunun keçirildiyi vurğulanıb.

Mötəbər beynəlxalq tədbirlərdə çıxışlar zamanı Vətən müharibəsində azad edilmiş ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanması, bunun bərpa-quruculuq işlərinə və çoxsaylı insanların minaya düşərək ciddi xəsarət alması və ya həlak olması faktı xüsusilə beynəlxalq ictimaiyyətin diqqətə çatdırıldığı qeyd edilib.

Kollegiyada dövlət başçısının şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı tələblərinin daim diqqətdə saxlanılaraq nazirlik tərəfindən geniş ictimaiyyətlə səmərəli kommunikasiya strategiyası həyata keçirildiyi, cari ildə 8600-ə yaxın hüquqi maarifləndirmə işi aparıldığı, media və vətəndaş cəmiyyəti cəlb olunmaqla çoxsaylı brifinqlər, ictimai təqdimatlar, “açıq qapı” günləri və media-turlar təşkil edildiyi bildirilib. Bu sahədə nazirliyin fəaliyyətinin yüksək nəticələri qeyd olunaraq vahid kommunikasiya siyasəti ilə bağlı tədbirlərin ictimaiyyət tərəfindən qiymətləndirilərək böyük rəğbətlə qarşılandığı vurğulanıb.

Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə olunub, “Heydər Əliyev İli” ilə bağlı təsdiq olunmuş tədbirlər planının vaxtında və mütəşəkkil qaydada icrası tapşırılıb, nazirliyin 2023-cü il üçün fəaliyyətinin əsas prioritet istiqamətləri üzrə tədbirlər müəyyən olunub. Ədliyyə orqanlarının inkişafı haqqında Fərmana dəyişikliklərdən irəli gələn vəzifələrin, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, “Vahid ədliyyə portalı”nın hazırlanması, özəl icra institutunun pilot qaydada tətbiqi, regionlarda ədliyyə orqanları ilə vətəndaş cəmiyyəti arasında əlaqələrin gücləndirilməsi ilə bağlı və digər aidiyyəti tapşırıqlar verilib.

Ədliyyə işçiləri tərəfindən dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, korrupsiyanın yolverilməzliyi kimi tələbləri daim rəhbər tutulmaqla etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb