Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə Nazirliyi qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edir

Ədliyyə Nazirliyi qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edir

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Bununla əlaqədar qəbul olunan qanunlar, dövlət proqramları və milli fəaliyyət planları, uzunmüddətli strategiyalar ölkə həyatının bütün sahələrini əhatə edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edən Ədliyyə Nazirliyi qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş hüquqi aktlara uyğunlaşdırılması işini, qanunvericilik aktlarının hüquqi ekspertizasını həyata keçirir, hüquqi rəylər verir, yeni qanun layihələri hazırlayır, hüquqi aktların dövlət reyestrini aparır.

Ədliyyə nazirinin müavini Azər Cəfərovun sədrliyi ilə nazirliyin aidiyyəti işçiləri ilə keçirilmiş müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazir müavini dövlətimizin başçısının həyata keçirdiyi genişmiqyaslı islahatların ictimai münasibətlərin bütün sahələrini əhatə etdiyini, bununla əlaqədar yeni mühüm qanunların qəbul olunduğunu vurğulayıb, Ədliyyə Nazirliyinin əsas səylərinin sosial, mülki, iqtisadi sahələrdə, həmçinin ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir çağırışlara uyğun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəldiyini qeyd edib.

Nazirliyin qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev Azərbaycan Prezidentinin fərman və sərəncamlarında, Nazirlər Kabinetinin qərarlarında və yuxarı dövlət orqanları tərəfindən verilmiş tapşırıqlara əsasən qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib.

Bildirib ki, cari ildə nazirlik tərəfindən hazırlanmış yeni hüquqi akt layihələrinin sayı 1500-ü ötüb, 1600-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Böyük əksəriyyətini iqtisadi və sosialyönümlü məsələləri əhatə edən həmin layihələr hazırlanarkən onların sui-istifadəyə məruz qalmasına dair ekspertizasına, hüquqi-qeyri-müəyyənliklərin aradan qaldırılması və inzibati prosedurların dəqiq müəyyən edilməsi, insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilib.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində böyük Qələbəsi xüsusi vurğulanaraq müharibə qəhrəmanlarının sosial təminatları, onlara güzəştli imtiyazların müəyyən edilməsi, Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi və digər məsələlərlə bağlı qanunvericiliyə dəyişikliklərin edildiyi bildirilib.

Bundan əlavə, açıq hökumətin təşviqinə, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət planları və digər dövlət proqramlarında müəyyən olunan vəzifələrə uyğun olaraq dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, ictimai iştirakçılığın genişləndirilməsi, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülən tədbirlər qeyd olunub.

Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən çoxsaylı yeni mühüm qanun layihələrinin hazırlanaraq qəbul olunduğu diqqətə çatdırılaraq cari ildə bu sahədə tədbirlərin davam etdirildiyi vurğulanıb.

Bildirilib ki, məhkəmə sistemi və hüququn aliliyi, mübahisələrin həlli və digər məsələlərə dair müvafiq fəaliyyət planının icrası çərçivəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar hərracların elektron qaydada təşkili və keçirilməsi ilə bağlı yeni layihələr hazırlanıb. Ölkəmizdə arbitraj institutunun təşviqi məqsədilə UNCİTRAL Model Arbitraj Qanunu nəzərdən keçirilməklə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı yeni layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Eyni zamanda, kiçik iddialar (sadələşdirilmiş icraat) üzrə prosedur qaydalarının, məhkəmə iddialarının baxılma müddətlərinin, habelə məhkəmə proseslərinin təxirə salınması üzrə maksimum say və təxirəsalınmasının xüsusi hallarının tətbiqi, kommersiya mübahisələri üzrə ilkin iddialarla bağlı müəyyən sənədlərin kağız daşıyıcılarda təqdim olunması ilə bağlı hazırlanmış layihələr artıq qəbul olunub.

Həmçinin ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının tam elektronlaşdırılması məqsədilə inzibati xətalar haqqında işlər üzrə məhkəmə icraatının və inzibati məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı İnzibati Xətalar və İnzibati Prosessual məcəllələrinə müvafiq dəyişikliklərə dair qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

İclasda qanunvericilik fəaliyyətinin dinamik inkişafı nəzərə alınaraq əhalinin hüquqi maarifləndirilməsi üzrə görülən tədbirlər də qeyd olunub.

Məlumat verilib ki, qanunların mətni ilə vətəndaşların birbaşa sərbəst və təmənnasız tanış olmasına kömək məqsədilə bu il də milli qanunvericiliyin elektron bazalarına 1700-dən çox sənəd daxil edilib və həmin resurslara daxilolmaların sayı 1,1 milyonu ötüb. Həmçinin qanunvericiliyin funksionallığı və interaktivliyi ilə fərqlənən yeni vahid elektron bazası (e-qanun.az) insanların rahatlığına xidmət etməklə ondan istifadəni daha da asanlaşdırıb.

Eyni zamanda, vətəndaşların, xüsusilə şəhid ailələrinin və hərbçilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq çoxsaylı müraciətləri cavablandırılıb, onları maraqlandıran məsələlər, o cümlədən əmək və ailə münasibətləri, pensiya təminatı, mənzil və torpaq mübahisələri, şəhid, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı müvafiq qanunvericiliklərin ətraflı izahı verilib.

İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunaraq konkret tədbirlər müəyyən edilib.

Müşavirəyə yekun vuran nazir müavini ölkədə müasir çağırışlara uyğun həyata keçirilən davamlı sosial-iqtisadi və hüquqi islahatların yeni hüquqi aktların qəbul olunmasını şərtləndirdiyini, bununla əlaqədar nazirliyə daxil olan sənədlərin sayının artmasını nəzərə alaraq bu sahədə işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, qanunvericilik aktlarının hüquqi ekspertizası aparılarkən qabaqcıl xarici təcrübələrdən yararlanmaya, təqdim olunan layihələrin qanunvericilik aktlarının tələblərinə uyğunluğuna, onların sui-istifadəyə məruz qalmasına diqqətin, eləcə də hüquqi boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə təşəbbüskarlığın artırılması ilə bağlı və digər zəruri tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə