“ƏDLİYYƏ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA” QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
Komissiya sədrinin müavini Rövşən Rzayev bildirmişdir ki, ilk iki layihə insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə, eləcə də narkotik maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycanın rolunun artırılması baxımından əhəmiyyətlidir və ölkəmizin milli maraqlarına uyğundur.
Digər qanun layihəsi ilə bağlı bildirilmişdir ki, bu qanun respublikanın ədliyyə sistemində, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, ədliyyə orqanları işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edəcəkdir. Qanun layihəsində ədliyyə orqanlarında qulluq keçmənin əsasları, şərtləri, ədliyyə orqanları işçilərinin əsas vəzifələri və digər müddəalar əksini tapmışdır.
Deputatların, dəvət olunmuş mütəxəssislərin rəy və təklifləri dinlənildikdən sonra, layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.