EDUARD ŞEVARDNADZENİN MEMUARLARI ALMANİYADA NƏŞR OLUNACAQDIR
E.Şevardnadze demişdir: “Kitabda əsasən siyasi fəaliyyətimin maraqlı məqamları, sovet ordusunun Əfqanıstandan çıxarılması, Almaniyanın birləşdirilməsi, ötən əsrin 90-cı illərində Gürcüstan-Rusiya münasibətləri və sair məsələlər öz əksini tapmışdır”. O, xatirələrində ABŞ, Almaniya, Fransa, Böyük Britaniya liderləri ilə görüşlərindən, 1990-cı illərdə Gürcüstan tarixindəki ən mühüm və faciəli hadisələrdən, eləcə də, 1992-1993-cü illərdə Abxaziyada silahlı münaqişədən də söhbət açır.
Sabiq Prezidentin dediyinə görə, kitabın gürcü dilindən almancaya tərcüməsi başa çatmaq üzrədir və Almaniya oxucuları yaxın vaxtlarda onu əldə edə biləcəklər. Kitab Fransada və ABŞ-da müvafiq surətdə fransız və ingilis dillərində də nəşr olunacaqdır. Lakin müəllif nəşriyyatların adını açıqlamamışdır.
Xatırladaq ki, yanvarın 25-də Şevardnadzenin 78 yaşı tamam olur. O, xatirələrini 2003-cü ilin noyabrında Prezident vəzifəsindən uzaqlaşdırıldıqdan sonra qələmə almağa başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]