“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO
Ankara, 13 may, AZƏRTAC
Mayın 13-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES-2026” çoxmillətli təlimi çərçivəsində snayperlərin peşəkarlıq və döyüş bacarıqlarını artırdıqları görüntüləri paylaşıb.
AZƏRTAC xəbər verir ki, təlim zamanı snayperlər atəş mövqeyi seçmək, müxtəlif məsafələrdəki hədəfləri dəqiq atəşlə vurmaq və digər tapşırıqları yerinə yetiriblər.
“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi qulluqçuların praktiki bacarıqlarını təkmilləşdirməkdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara