ƏFQANISTANDA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU KEÇİRİLMƏYƏCƏK
AZƏRTAC-ın Bi-Bi-Si-dən aldığı xəbərə görə, Əfqanıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri göstərmişdir ki, ölkənin indiki lideri Həmid Kərzai səslərin əksəriyyətini toplamış və beləliklə, ikinci tura ehtiyac qalmamışdır. Əfqanıstanda keçirilən ilk demokratik prezident seçkilərində qalib adına əsas namizəd olan Kərzainin tərəfdarları onun şəksiz qələbə qazandığını etiraf edirlər.
Bülletenlərin 90 faizindən çoxu hesablandıqdan sonra məlum olmuşdur ki, seçicilərin təxminən 55 faizi Kərzaiyə səs vermişdir. Ölkənin keçmiş təhsil naziri Yunis Qanuni səslərin 17 faizini toplamış və artıq indidən Həmid Kərzainin qalib gəldiyini etiraf etmişdir.
Seçki komissiyasının rəsmi məlumatı ayın sonunadək açıqlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]