Əfqanıstanın “ASAN Khedmat” qurumundan Azərbaycana dəstək
Bakı, 2 oktyabr, AZƏRTAC
Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun rəsmi “Twitter” səhifəsində paylaşdığı məlumatda deyilir: “Əfqanıstan heç vaxt sizin dəstəyinizi unutmayacaq. Sizinlə birlikdə bu çağırış qarşısında məğrurcasına dayanmışıq. Bu çətin zamanlarda siz yalnız deyilsiniz!”
Twit “Afghanistan_AsanKhedmat_Stands_By_Azerbaijan”, “AzerbaijanIsNotAlone”, “KarabakhisAzerbaijan”, “StopArmenianAgression” həştəqləri ilə paylaşılıb.
Qeyd edək ki, Əfqanıstanın “ASAN Khedmat” qurumu 2016-cı ildə dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modeli əsasında təsis olunub. Əfqanıstanda ilk “ASAN Khedmat” mərkəzi 2019-cu il 2 yanvar tarixində paytaxt Kabil şəhərində fəaliyyətə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]