ƏFV OLUNMUŞ MƏHKUMLARIN AZADLIĞA BURAXILMASI MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin qadınlar üçün cəzaçəkmə müəssisəsində Azərbaycan Prezidenti İlham Əliyevin növbəti əfv Fərmanına müvafiq olaraq, bir qrup məhkumun azadlığa buraxılması mərasimi keçirilmişdir. Mərasimdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, nazirliyin məsul işçiləri iştirak etmişlər.
E.Süleymanova çıxışında əfv olunanların azadlığa çıxdıqdan sonra halal zəhmətlə, ləyaqətlə yaşayacaqlarına inandığını bildirmiş, onları ailələrinə qovuşmağa, cəmiyyətə, sağlam həyat tərzinə qayıtmağa çağırmış, keçmiş məhkumlara azadlığa buraxılma sənədlərini təqdim etmişdir.
İnsan hüquqları üzrə müvəkkil daha sonra 1 və 10 saylı cəzaçəkmə müəssisələrində keçirilən mərasimlərdə də iştirak etmişdir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]