Əfv sərəncamı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub
Bakı, 19 mart, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
AZƏRTAC xəbər verir ki, Sərəncam 4 saylı cəzaçəkmə müəssisəsində 12 qadına şamil edilib. Onlardan 11-nə arayışlar təqdim olunub və həmin şəxslər azadlığa buraxılıb. Bir qadının isə cəzası yarıya endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.