ƏHALİNİN MƏŞĞULLUĞU TƏMİN EDİLİR
Kəngərli rayonunda əhalinin məşğulluğunun təmin edilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Rayon məşğulluq mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il işsiz kimi qeydiyyata alınan 408 nəfərdən 357-si daimi işlə təmin edilmişdir. İl ərzində 3 dəfə keçirilən əmək yarmarkasında 72 nəfər, peşə hazırlığı kursuna göndərilənlərin isə 26 nəfəri daimi işlə təmin olunmuşdur.