CƏMİYYƏT
Əhliman Əmiraslanov: Qarabağ Zəfərinin təməlində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya dayanırVİDEO
![Əhliman Əmiraslanov: Qarabağ Zəfərinin təməlində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya dayanırVİDEO](/files/2022/2/1200x630/16522613175441137018_1200x630.jpg)
Ankara, 11 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələndən sonra vətəndaş qarşıdurması və böhran vəziyyətinin aradan qaldırılması, dövlət müstəqilliyinin qorunması istiqamətində böyük işlər görüb. O zaman ölkədə baş qaldıran separatçı qüvvələr ciddi təhlükə yaradırdılar. Ümummilli lider Heydər Əliyev qətiyyətlə bu proseslərin qarşısını aldı və Azərbaycanı qorudu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib.
Ulu Öndərin Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi və genişlənməsi istiqamətində böyük işlər gördüyünü xatırladan Milli Məclisinin komitə sədri bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbənin təməlində məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və bu siyasətin uğurla davam etdirilməsi dayanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara