Əhmədli qəsəbəsində ağac tinglərinin paylanılması aksiyası keçiriləcək
Bakı, 25 noyabr, AZƏRTAC
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə noyabrın 26-sı saat 16:00-da paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində “Bravo” hipermarketin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bir ağac - min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” aksiyası zamanı minimum 10 litr həcmində plastik, 5 litr həcmində şüşə, o cümlədən kağız və minimum üç ədəd işlənmiş batareya tullantılarını təhvil verərək əvəzində ting əldə etmək mümkündür.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək həmin təşəbbüsdən yararlanmağa çağırır.
Vətəndaşlar əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]