“Ekoerudit” breyn-rinq yarışının yarımfinal mərhələsi keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). ARDNŞ-in Ekologiya İdarəsi, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və 46 nömrəli Məktəbdənkənar İş Mərkəzinin təşkilatçılığı ilə martın 28-29-da “Ekoerudit” breyn-rinq yarışının yarımfinal mərhələsi keçirilmişdir. Yarımfinalda Bakının orta məktəblərinin 8-11-ci sinif şagirdlərindən ibarət 16 komandası iştirak etmiş və bu komandalardan səkkizi yarışmanın final mərhələsinə vəsiqə qazanmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ekologiya İdarəsi tərəfindən yarışmanın bütün iştirakçılarına ARDNŞ-in ekoloji embleminin təsviri olan köynəklər, papaqlar və digər hədiyyələr paylanılmışdır.
“Ekoerudit”in final mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur və bu mərhələdə iştirakçıların ekoloji bilikləri ilə yanaşı, kompyuter proqramlarından və İnternetdən istifadə bacarıqları və məntiqi bilikləri də yoxlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]