“Ekol Mühəndislik Xidmətləri” QSC istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir
Bakı, 22 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət sahələrində əhəmiyyətli ekoloji layihələr yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), özünün istehsalat sahələrində də ətraf mühitin mühafizəsi sahəsində tədbirlər həyata keçirir.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə qurumun əsas istehsalat sahələrindən birində - tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına Bakı neft emalı zavodunun O.Vəliyev küçəsi, 1 ünvandakı 9-cu sexinin ərazisi) ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin olunması üçün istismar müddəti başa çatmış qurğular ləğv edilərək, həmin ərazidə bərpa və abadlaşdırma işləri aparılır.
May-iyun aylarında TED-in 6-cı sahəsində yararsız vəziyyətdə olan bir neçə çən ləğv edilmiş və oradakı neft şlamı emal olunaraq zərərsizləşdirilmişdir. Nəticədə uzun illər bu çənlərdə yığılıb qalmış neft şlamının ətraf mühitə mənfi təsiri xeyli dərəcədə azaldılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]