Ekologlar multikulturalizm mövzusunda müzakirələrdə iştirak ediblər
Bakı, 23 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun iştirakı ilə “Multikulturalizm ənənələrinin qorunması və multikulturalizmin inkişafı” mövzusunda görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda mövcud olan multikultural mühit və bunun önəmindən, ölkəmizdə multikulturalizmin artıq insanların alternativi olmayan həyat tərzinə çevrilməsindən danışılıb. Həmçinin bu istiqamətdə aparılan milli siyasətin digər ölkələrə nümunə ola biləcəyi, Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğu, bunun üçün zəruri siyasi və sosial şəraitin mövcudluğu vurğulanıb.
Sonra nazirliyin əməkdaşları mövzu ətrafında müzakirələr aparıblar və onların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]