Ekoloqlar: dənizdə həyat 150 ildən sonra yox ola bilər
Bakı, 21 yanvar, AZƏRTAC
ABŞ-ın bir neçə universitetinin ekoloq və bioloqları həyəcanlı və düşündürücü açıqlama veriblər.
AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, gündən-günə artan insan fəaliyyəti son nəticədə dənizlərdə həyatın yox olmasına gətirib çıxaracaq. Alimlər bildiriblər ki, insanlar öz hərəkətlərinə nəzarət etməsələr və təbiəti qorumaq barədə düşünməsələr, 150 ildən sonra dünya okeanındakı canlılar və bitkilər məhv ola bilər. Tədqiqatçılar artıq okeanlarda həyatın yox olmasının ilk əlamətlərini də qeyd ediblər. Buna misal olaraq mərcan qayalıqları göstərilib. Okeanların həyat fəaliyyətində böyük rol oynayan mərcan qayalıqlarının artıq 40 faiz azaldığı qeyd edilib.
Tədqiqatçılar əlavə ediblər ki, dəniz faunasının məhv olmasında temperaturun yüksəlməsi da başlıca rol oynayır. Belə ki, dəniz canlıları yaşamaq üçün daha sərin yer axtarmağa məcbur olur.
Alimlər daha sonra bildiriblər ki, dəniz dibindən və okeanlardan faydalı mineralların çıxarılması suların çirklənməsinə səbəb olur. Bu da dənizdə həyatın yox olmasına gətirib çıxarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]