“Ekoturizm – təbiətə qayğı və istirahət” layihəsinin həyata keçirilməsinə başlanılmışdır
Bakı, 21 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fiziki şəxs Ceyla Vəliyeva tərəfindən “Ekoturizm - təbiətə qayğı və istirahət” layihəsinin həyata keçirilməsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə ekoturizmin inkişafına dəstək olmaq, turizmin bu növü ilə bağlı yerli əhalini və ictimaiyyəti məlumatlandırmaqdır.
2001-ci ildən Beynəlxalq Turizm Təşkilatının üzvü olan Azərbaycanın bu təşkilat qarşısında götürülən öhdəliklərdən biri də məhz ekoturizmin inkişafı və təbiətin qorunmasıdır.
Layihənin müəllifi bunu əldə əsas tutaraq və həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekoturizmin inkişafı ilə bağlı müxtəlif şirkətlərə etdiyi müraciəti nəzərə alaraq turizmin bu növünün inkişafına dəstək vermək niyyətindədir.
Layihədə əsasən ixtisasca turizmə yaxın olan gənclər seçilərək onlar üçün əvvəlcə ekoturizmlə bağlı maarifləndirmə təlimləri keçiriləcəkdir. Bundan sonra həmin gənclər ölkə əhalisinin və xarici turistlərin səfər etdikləri əsasən dənizkənarı ərazilərdə yaşayan yerli əhalinin maariflənməsini, onlara ekoturizmlə bağlı maarifləndirici materialların paylanılması işini həyata keçirəcəklər.
“Ekoturizm - təbiətə qayğı və istirahət” layihəsinin əsas ideyası ölkəmizdə mövcud olan ekoturizm imkanlarını ictimaiyyətə təqdim etmək, ekoturizm üçün münbit şərait olan yerlərdə yerli əhalini maarifləndirmək, şəxsi nümunə kimi təbiətə qayğı göstərmək, vəhşi təbiətdə təmizlik işləri görməkdir.
Layihənin icrası ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]