Əksər yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 metrədək güclənib.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı, Ağstafa, Neftçala, Cəbrayıl, Sədərək, Ağdamda 2, Laçın, Yardımlı, Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Xaltan (Quba), Xızı, Şəki, Şahdağ, Tovuz, Gəncə, Naftalan, Şəmkir, Goranboy, Naxçıvan, Şərurda 1 millimetrdir.
Mayın 13-də saat 18:23-18:30 radələrində Laçın şəhərinə 9-12 millimetr, saat 19:32-19:34 radələrində isə Daşkəsən rayonuna xırda dənəli dolu düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [12:34]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 27.08.2026 [11:46]
Bu gün Ümumdünya Göllər Günüdür
- 27.08.2026 [10:35]
Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA VİDEO
- 26.08.2026 [15:39]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 26.08.2026 [14:18]
Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ
- 26.08.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 25.08.2026 [15:51]
Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ
- 25.08.2026 [12:39]
Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ
- 24.08.2026 [12:39]