Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Süni intellektin kənd təsərrüfatında real dəyəri düzgün qərarverməyə kömək etməsidir

Ekspert: Süni intellektin kənd təsərrüfatında real dəyəri düzgün qərarverməyə kömək etməsidir

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakıda iqlim dəyişmələri, rəqəmsallaşma və süni intellektlə bağlı məsələlərin müzakirə olunmasının ayrıca strateji əhəmiyyəti var. Bu, yalnız iqlim məsələlərinin müzakirəsi deyil, eyni zamanda, Azərbaycanın COP29-dan sonra yaşıl transformasiya ilə rəqəmsal transformasiyanı bir-birinə bağlayan daha uzunmüddətli iqtisadi model formalaşdırması baxımından mühüm addımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AKTA-nın eksperti Pərviz Nəsirov deyib.

Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı kimi iqlim dəyişikliklərinin təsirini birbaşa hiss edən sahədə süni intellekt və rəqəmsal texnologiyaların gündəmə gətirilməsi göstərir ki, məsələ artıq yalnız ekoloji çağırışların müzakirəsi ilə məhdudlaşmır. Burada əsas məqsəd yeni texnologiyaların real iqtisadi nəticələrə və daha səmərəli idarəetmə mexanizmlərinə çevrilməsidir. Azərbaycanda kənd təsərrüfatında süni intellektin, ilk növbədə, həll edə biləcəyi ən vacib məsələlərdən biri suvarmanın daha səmərəli idarə olunmasıdır. Azərbaycan iqlim dəyişikliklərinin təsirlərinə həssas ölkələrdən biridir. Su ehtiyatlarının məhdudluğu, quraqlıq risklərinin artması, kənd təsərrüfatında məhsuldarlığın iqlim şəraitindən asılılığı və regionlar üzrə fərqli ekoloji şərtlər daha ağıllı və məlumat əsaslı qərarvermə modellərinə ehtiyac yaradır.

“Bu baxımdan süni intellekt, IoT sensorları, peyk monitorinqi, dronlar və meteoroloji məlumatların vahid sistem daxilində birləşdirilməsi fermer üçün çox praktik nəticələr verə bilər. Məsələn, sistem torpağın rütubətini, temperaturu, hava proqnozunu, bitkinin inkişaf mərhələsini və sahənin vəziyyətini təhlil edərək fermerə nə vaxt və nə qədər suvarma aparmalı olduğunu tövsiyə edə bilər. Ölkə səviyyəsində prioritet seçməli olsaq, məhz süni intellekt əsaslı ağıllı suvarmanın ən böyük və davamlı iqtisadi səmərə yarada biləcəyini düşünürəm. Çünki suvarma problemi yalnız su sərfiyyatına deyil, məhsuldarlığa, enerji xərclərinə, maya dəyərinə və hətta fermerin əkin qərarlarına təsir edir”, - deyə P.Nəsirov vurğulayıb.

O qeyd edib ki, ikinci mühüm istiqamət hava risklərinin əvvəlcədən proqnozlaşdırılmasıdır. Süni intellekt fermerə sadəcə “sabah yağış yağacaq” məlumatını verməməli, konkret qərar dəstəyi təqdim etməlidir. Məsələn, sistem “bu gün suvarma aparmayın”, “şaxta riski yüksəkdir”, “pestisid tətbiqini təxirə salın” və ya “məhsulun yığılması üçün daha uyğun zaman budur” kimi praktik tövsiyələr verə bilər.

“Üçüncü vacib istiqamət bitki xəstəliklərinin və zərərvericilərin erkən aşkarlanmasıdır. Burada iqtisadi səmərə məhsulun növündən asılı olaraq hətta suvarmadan daha yüksək ola bilər. Məsələn, böyük taxıl sahəsində ağıllı suvarma daha çox qənaət yarada bilər. Lakin yüksək dəyərli üzüm, meyvə və ya tərəvəz sahəsində xəstəliyin bir neçə gün əvvəl aşkarlanması fermeri ciddi məhsul itkisindən qoruya bilər. Bu məsələyə “bir texnologiya bütün fermerlər üçün eyni nəticəni verəcək” prinsipi ilə yanaşmaq düzgün deyil. Ölkə səviyyəsində suvarma birinci prioritet ola bilər, lakin fərdi fermer səviyyəsində iqtisadi fayda məhsulun növünə, ərazinin ölçüsünə, su təminatına və risk profilinə görə dəyişəcək. Azərbaycanın bu sahədə mühüm üstünlüklərindən biri artıq EKTİS, peyk məlumatları, meteoroloji məlumatlar və digər rəqəmsal kənd təsərrüfatı məlumat mənbələrinin mövcud olmasıdır. Növbəti mərhələ bu məlumatları sadəcə toplamaq deyil, onları süni intellekt vasitəsilə fermer üçün konkret və başadüşülən qərarlara çevirməkdir. Bu istiqamətdə pilot layihələrin həyata keçirilməsi daha səmərəli nəticə verə bilər. Bir neçə rayonda “AI Smart Irrigation + Early Warning” modeli tətbiq edilərək torpaq sensorları, hava məlumatları, peyk görüntüləri və süni intellektəsaslı tövsiyə sistemi vahid platformada birləşdirilə bilər.

Fermer üçün nəticə mürəkkəb analitik panel şəklində deyil, çox sadə formada təqdim olunmalıdır. Məsələn, sistem fermerə “Bu gün suvarmayın – yaxın 18 saat ərzində yağış ehtimalı yüksəkdir” və ya “Sahə 3-də torpağın rütubəti kritik həddə düşüb – suvarma tövsiyə olunur” kimi konkret məlumat verə bilər”, - deyə ekspert bildirib.

P.Nəsirov vurğulayıb ki, süni intellektin fermer üçün real dəyəri məhz burada ortaya çıxacaq. Əsas məsələ texnologiyanın nə qədər mürəkkəb olması deyil, fermerə doğru zamanda daha düzgün qərar verməyə nə qədər kömək etməsidir. Bu yanaşma rəqəmsal transformasiyanın kənd təsərrüfatında yalnız texnoloji yenilik kimi deyil, iqlim risklərinin idarə olunması, resurslardan səmərəli istifadə və kənd təsərrüfatının dayanıqlılığının artırılması vasitəsi kimi tətbiqinə imkan verə bilər.

Müxbir - Səbinə Əlizadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib