Eldar İbrahimov Türkiyədəki prezident seçkilərini yüksək dəyərləndirib
İstanbul, 12 avqust (AZƏRTAC). Türkiyədə keçirilən prezident seçkilərində müşahidəçi missiyası ilə iştirak edən Azərbaycan nümayəndə heyəti seçkiləri yüksək dəyərləndirib.
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov AZƏRTAC-a bildirib ki, onun müşahidə apardığı seçki məntəqələrində, seçkinin təşkilində, səsvermənin gedişində və bülletenlərin sayılmasında heç bir qanun pozuntusu müşahidə olunmayıb: “Ortaya çıxan bütün suallar məntəqə üzvləri tərəfində qarşılıqlı anlaşma şəraitində, müzakirə yolu ilə həll olunub”.
Seçkilərin şəffaf, ədalətli və demokratik şəraitdə başa çatdığını bildirən Eldar İbrahimov qeyd edib ki, diqqətçəkən məqamlardan biri də seçicilərin səsverməyə fəal və həvəsli qatılmasıdır. “Azad şəkildə öz siyasi iradələrini ortaya qoymaq üçün seçicilərə bütün şərait yaradılıb. Bundan başqa, seçkilərin təşkilində tətbiq olunan yeniliklər də təqdirəlayiqdir”, - deyə o bildirib.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]