“Elektron hökumət” portalında media mənsubları üçün bölmə istifadəyə verilib
Bakı, 4 fevral, AZƏRTAC
“Elektron hökumət” portalında (www.e-gov.az) “Media” bölməsi istifadəyə verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bölmə tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, eləcə də xarici ölkələrin “Elektron hökumət” və informasiya-kommunikasiya texnologiyaları sahəsindəki təcrübələri barədə məlumat əldə etmək istəyən istifadəçilər və media mənsubları üçün yaradılıb.
Media bölməsinin tərkibində “Press-relizlər”, “Elanlar”, “Xəbərlər”, “Müsahibələr və süjetlər”, “Keçirilmiş müsabiqələr”, “Fotoqalereya” və “Elektron hökumət KİV-də” alt bölmələri təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]