Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elektron tullantıların daha yaxşı idarə edilməsi üçün nələr etmək olar? - Mütəxəssislərin təklifləri...

Elektron tullantıların daha yaxşı idarə edilməsi üçün nələr etmək olar? - Mütəxəssislərin təklifləri...

Bakı, 24 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

İnsanların istənilən sahədə əmək fəaliyyətinin son nəticəsində maddi nemət və məhsullarla yanaşı, tullantılar da yaranır. Tullantılar ətraf mühiti çirkləndirməklə bərabər insan sağlamlığına da təhlükə yaradır. Tullantıların bir növü olan elektron tullantılar (e-tullantılar – qısaca, ET) yaratdığı təhlükəyə görə III qrupa (təhlükəli) aid edilir. Beynəlxalq Standartlaşdırma İttifaqının təsnifatına görə, ET qrupuna elektron cihaz, qurğu və avadanlıqlar, o cümlədən kompüter və elektrotexniki (elektrik) avadanlıqlar da daxildir.

İnsanların fəaliyyət dairəsi genişləndikcə maddi nemətlər istehsalı və uyğun olaraq tullantıların həcmi də artır. ET-nin artımı isə daha yüksəkdir və ümumi tullantılarda xüsusi çəkisi ildən-ilə yüksəlir. Bu, ilk növbədə, İKT seqmentinin sürətli inkişafı və kompüter texnikası istehsalının artımı ilə əlaqələndirilir. Bu günədək mükəmməl milli və beynəlxalq qanunvericilik bazasının, zərərsizləşdirmə texnologiyalarının işlənməməsi və s. ET-nin artımını şərtləndirən səbəblərdən hesab edilir. ET-də kompüter texnikası istər xüsusi çəkisinə, istərsə də təhlükə dərəcəsinə görə başlıca yer tutur. Məsələn, monitorun tərkibində orta hesabla 90 adda maddə və materialın olduğu qeyd edilir. Onun istehsalında istifadə edilən civə, sürmə, kadmium və kükürd və s. kimi çox ziyanlı element və maddələr, qazlar var ki, ənənəvi qaydada tullantı poliqonlarına atılan monitor ətraf mühit təsirlərindən tədricən aşınır və həmin tərkiblər ətrafa yayılaraq atmosferi, torpağı, qrunt sularını zəhərləyir.

Keçən il dünya üzrə yaranan elektron tullantıların ümumi həcmi 70 milyon ton civarında olub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru dosent Bikəs Ağayevin sözlərinə görə, elektrotexniki və elektron avadanlıqları bazarının daim genişlənməsi, bu sahədə innovativ fəaliyyətin yüksək vüsət alması, bu sinif avadanlıqların daha sürətlə yenilənmə xüsusiyyəti onların tullantılarının həcminin ilbəil həndəsi artımına səbəb olub: “Elektron tullantılar problemi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, keçən il dünya üzrə yaranan elektron tullantıların ümumi həcmi 70 milyon ton civarında olub. Bir sıra beynəlxalq təşkilatların, məsələn, BMT Universitetinin Elektron tullantı problemlərinin həlli bölməsinin, Bərk Tullantılar üzrə Beynəlxalq Assosiasiyanın araşdırmalarına əsasən, hazırlanmış “Elektron tullantıların qlobal monitorinqi, 2024. Həcm, axınlar və dövri iqtisadiyyatın potensialı” 2024-cü ilə aid hesabatında göstərilir ki, respublikamızda hesabat ili ərzində adambaşına 8 kiloqram, cəmi isə 80 min ton elektron tullantı yaranıb. Dünya Bankının keçən il üçün qiymətləndirməsinə görə, dünyada gün ərzində adambaşına əmələ gələn tullantıların miqdarı ölkələr üzrə geniş intervalda (0,11-4,5 kiloqram) dəyişir və orta hesabla cəmi ildə təxminən 2 trilyon ton civarındadır. Elektron tullantılar ümumi tullantıların orta hesabla 4 faizini təşkil edir. Bu hesabla respublikamızda ildə 90 min ton elektron tullantının yarandığı məlum olur”.

Bikəs Ağayev vurğulayıb ki, Azərbaycanda elektron tullantıların idarə olunması, əsasən “İstehsalat və məişət tullantıları haqqında”, qismən də “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarla tənzimlənir. Hazırda MDB ölkələrində, o cümlədən də Azərbaycanda elektron tullantıların tam həyat tsiklini əhatə edən idarəetmə sisteminin yaradılmasına ehtiyac duyulur. “Düşünürük ki, respublikamızda hələ rüşeym halında olan elektron tullantıların idarəçiliyi sisteminin yaradılması və təkmilləşdirilməsi məqsədilə Aİ modelinin implementasiyası daha məqsədəuyğundur. Ümidvarıq ki, yaxın gələcəkdə müvafiq təşkilatların və ictimaiyyətin qarşılıqlı səyləri nəticəsində respublikamızda elektron tullantılarla bağlı məsələnin həlli istiqamətində lazımi addımlar atılacaq və yüksək göstəricilər əldə ediləcək”, - deyə şöbə müdiri bildirib.

Azərbaycanda elektron tullantıların idarə olunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, elektron tullantılarla bağlı problem gündən-günə kəskinləşir və artıq bu günümüzün reallığına çevrilməkdədir: "Əgər 10-15 il əvvələ getsək, əlbəttə bu cür problemi görməzdik. Lakin bu gün elektron məmulat və vasitələrdən istifadə getdikcə kütləvi hal alır. Demək olar ki, hər bir insanın ən azından kompüteri, telefonu və digər elektron avadanlığı var. Məsələ burasındadır ki, elektron tullantıların tərkibində ətraf mühitə çox ziyanlı ola biləcək maddələr var. Həmin maddələr əsasən ağır metallardır, insan orqanizminə, ekosistemlərə düşəndə çox ciddi və çoxistiqamətli fəsadlar törədir. Bu, həm insan sağlamlığına ziyan vurur, həm də ekosistemlərdə geridönməz proseslərə səbəb ola bilir. Digər tərəfdən elektron tullantıların su, qida mənbələrinə, ərzaq istehsal olunan ərazilərə düşmə təhlükəsi də getdikcə artır. Bu da çox böyük ərazilərdə, su anbarlarında, tarlalarda gündəlik həyatımıza daxil ola biləcək hər yerdə elektron tullantılarla mübarizənin kəskinləşdirilməsinin, daha doğrusu elektron tullantıların idarə olunmasının yaxşılaşdırılmasını tələb edir.

Azərbaycanda hazırda elektron tullantıların idarə olunması ilə bağlı çox ciddi problemlər mövcuddur. Həmin tullantıların idarə olunması, toplanması və yığılması hələ də həyata keçirilmir və qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Qanunvericilik bazası təkmilləşdirilərsə, müəyyən şərtlər altında istehlakçıların elektron tullantıların idarə olunmasında maraqlı, meyilli olması meydana çıxa bilər. Bir üsul elektron tullantılar təhvil verilərkən istehlakçıların onun əvəzində müəyyən bir mükafat almasıdır. İkinci yol istehlakçının genişləndirilmiş məsuliyyətidir. Yəni, potensial elektron tullantıları - telefonları, planşetləri, kompüterləri istehsal edən şirkətlər həmin məhsulların taleyinə biganə qalmamalı və məsuliyyət daşımalıdırlar. Bunun üçün xüsusi olaraq həmin şirkətlər elektron tullantıların toplanması və yığılmasında dolayı yolla da olsa iştirak etməlidirlər. Ya onlar öz tullantılarını geriyə yığmalıdırlar, ya da geriyə yığan təşkilatlarla, xüsusilə bərk məişət tullantılarını idarə edən təşkilatlarla və ya ayrıca yaradılmış elektron məmulatları idarə edən təşkilatlarla müqavilələr bağlayaraq elektron tullantıların idarə olunmasını həyata keçirməlidirlər. Bir-iki il əvvəl Azərbaycanda elektron tullantıların idarə olunması üzrə xüsusi yol xəritəsi hazırlanmışdı. Xəritə Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzi tərəfindən ərsəyə gətirilmişdi. Mərkəz əlində olan məlumatları digər istifadəçilərlə bölüşməyə, paylaşmağa və onların tətbiqində iştirak etməyə tam hazırdır".

Eelektron tullantıların qəbulu və zərərsizləşdirilməsi prosesi

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, cəmiyyət tərəfindən bərk məişət tullantıları ilə yanaşı, elektron tullantıların – kompüter, kompüter avadanlıqları, məişət texnikaları və s.) qəbulu və zərərsizləşdirilməsi prosesi həyata keçirilir. "Cəmiyyətin təsərrüfat sahələrinə təhvil verilən elektron tullantılar plastik, metal və digər hissələrə ayrıldıqdan sonra təkrar emalla məşğul olan sahibkarlara yönləndirilir. Təkrar emal üçün yararsız olan hissələr isə müvafiq standartlara uyğun şəkildə zərərsizləşdirilir. Onun tərəfindəyik ki, ətraf mühitin çirklənməsində böyük pay sahibi olan elektron tullantıların təbiətə atılmasının qarşısı alınsın və bu tipli tullantılar “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə gətirilib təhvil verilsin", - deyə "Təmiz Şəhər" ASC-dən bildirilib.

Təbii ki, daha sağlam gələcək üçün ətraf mühitə və insan sağlamlığına zərər vura biləcək hər bir detal nəzərə alınmalı, çatışmazlıqlar aradan qaldırılmalı, mövcud mübarizə üsulları təkmilləşdirilməlidir. Günümüzün aktual problemlərindən olan elektron tullantılar məsələsi də daha sistemli yanaşma və daha tutarlı addımlar tələb edir. İnanırıq ki, həmin tullantıların idarə olunmasına dair yeni üsullar və qanunvericiliklə tənzimlənən effektiv qaydalar tətbiq olunacaq və daha yaxşı gələcəyə doğru növbəti nəzərəçarpacaq addım atılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır