ƏLİ BAYRAMLIDA AQROLİZİNQ ASC-NİN İLK REGİONALMƏRKƏZİ AÇILMIŞDIR
rəhbərləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İsmət Abasov öncə iştirakçıları Ramazan bayramı münasibətilə təbrik etmiş, aqrolizinq siyasətinin hazırlanması və həyata keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri olduğunu xüsusi vurğulamışdır.
Nazir daha sonra demişdir ki, 2005-ci ildə tender vasitəsilə texnika əldə edilməsinə ayrılmış 100 milyard manat vəsait hesabına 250 ədəd taxılbiçən kombayn, 284 ədəd traktor, 686 adda digər kənd təsərrüfatı texnikaları, 30 ədəd mini traktor, həmçinin 22.99 milyard manatlıq gübrə və pestisidlər alınmışdır. 2006-cı ildə isə kənd təsərrüfatı maşın və mexanizmlərinin alınmasına 150 milyard manat vəsait yönəldiləcəkdir. Ümumiyyətlə, respublikanın 10 rayonunda regional bazalar fəaliyyət göstərəcəkdir.
“Aqrolizinq” ASC-nin sədri Tariyel Rəsulov toplantıda çıxış edərək alıcılara təklif edilən məhsullar, onların iş keyfiyyətləri, habelə müvafiq müqavilələrin şərtləri barədə məlumat vermişdir.
Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Sabir Rəhmanov bildirmişdir ki, yerlərdə aqrolizinqin mahiyyəti, üstünlükləri və perspektivləri ilə əlaqədar aparılan maarifləndirmə işləri daha da genişləndiriləcəkdir.
Sonda nazir İ.Abasov sahibkarların rəy və təkliflərini dinləmiş, onları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirmişdir.