Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır

Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını fasiləsiz cavablandırdı.

Məhz Xocalı faciəsi qurbanlarının anım günündə soyqırımı həqiqətlərinin dövlətimizin başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni faşizminin təkzibolunmaz faktlarla ifşasının nüfuzlu KİV-lərin manşet xəbərlərində tirajlanması informasiya cəbhəsində növbəti böyük uğur olaraq, ilk növbədə, beynəlxalq ictimaiyyətin Azərbaycana artan diqqətindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Deputat bildirib ki, media nümayəndələrinin Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə Azərbaycana vurduğu ziyan və bu cinayətə görə cəza perspektivləri barədə sualları xüsusi maraq doğurur.

Bildiyiniz kimi, erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan etmiş, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. 100 min hektar kənd təsərrüfatı təyinatlı münbit torpaqlar, 54 min hektar ərazidə meşə fondu məhv edilib, bölgə ekoloji fəlakət həddinə çatdırılıb. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam etmişdir. Vurulmuş ziyanın həcmi 100 milyardlarla ölçülür.

Görünən odur ki, başı daxili çəkişmələrə qarışmış məğlub Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbindən gedir. Artıq dünyanın aparıcı media qurumları da Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər, onları “ruhlar şəhəri” adlandırırlar. Bu, məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir. Mətbuat konfransının gedişində Prezident İlham Əliyev bu məsələyə münasibətini açıqlayaraq söylədi: “Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərdi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər”.

Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac yaranır. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, bununla bağlı işlər bir neçə istiqamətdə və mərhələdə reallaşacaq: “İkinci mərhələdə, - artıq bu sahədə də işlər başlanıb, müvafiq sənədlər imzalanıb, - buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb, onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var və dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”.

Təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlərin də məsuliyyətə cəlb edilməsi gündəlikdədir. Bu, beynəlxalq cinayətdir. Prezident İlham Əliyev açıqladı ki, artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb: “Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır. Bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək”.

Bu cinayət əməllərinin mühakiməsi ilə bağlı perspektivlərə gəldikdə, ölkə rəhbəri dünya ictimaiyyətinə və beynəlxalq hüquq institutlarına çağırış edərək, onları bu məsələdə ədalətli və obyektiv olmağa dəvət etdi: “İndi beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar. Biz, eyni zamanda, beynəlxalq praktikaya da nəzər saldıq. Xarici İşlər Nazirliyinə tapşırıq verildi və artıq bu günlərdə mənə məlumat verildi, presedentlər necə olub, bu presedentlər var. O qədər də çox deyil, amma var. Burada, əlbəttə, hər bir presedent bizim tərəfimizdən təhlil edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sifariş? Çünki sirr deyil ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sifarişlər də yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz üzərimizə düşən missiyanı yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır”.

Prezident İlham Əliyevin hələ ötən il noyabrın 6-da imzaladığı “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə yaradılmış 9 işçi qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir.

Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən müvafiq beynəlxalq konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanun tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

Beləliklə, həm milli qanunvericilik səviyyəsində, həm də beynəlxalq hüquq normaları baxımından yetərincə imkanların mövcudluğu təzminatla bağlı məsələlərin həlli prosesində Azərbaycan tərəfinin nikbinliyi artıran ən vacib amildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edilib

Qalapaqos sahillərində yeni növ göy osminoq aşkarlanıb

Ağdam şəhərinə növbəti köç yola salınıb

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert təqdim olunacaq

Alimlər yaşlı insanlarda təzyiqi iki həftəyə azaltmağın sadə üsulunu açıqlayıblar

NBC: ABŞ silah ehtiyatlarını artırmaq üçün volfram mənbələri axtarır

ABŞ ordusu İranın cənubunda özünümüdafiə hücumları həyata keçirib

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3185 nəfərə çatıb

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

SEPAH: Son 24 saatda Hörmüz boğazından 32 gəmi keçib

İsrail Livanda “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj

“Tasnim”: Pezeşkian İranda internetə çıxışın bərpasını tapşırıb

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

Şalva Papuaşvili: Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının təqdimat-müzakirəsi olub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

“Caz ruhunda Balabanın səsi” Romada

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı