ƏLİLLƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Respublika “Əlil Qadınlar” Cəmiyyətinin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər günü ilə bağlı “Azərbaycan” mehmanxanasında konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən cəmiyyətin sədri Məhluqə Rəhimova, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, “Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda” cəmiyyətinin direktoru Davud Rəhimov əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyası, dövlətin və QHT-lərin iştirakı ilə bu sosial qrupdan olan insanların potensial imkanlarının araşdırılması, məşğulluğunun təmin edilməsi, onlara psixoloji və hüquqi yardımların göstərilməsinin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, hazırda cəmiyyətin 150 mindən çox üzvü var və əlil qadınların sosial problemlərinin aradan qaldırılması üçün dövlət qurumları ilə birgə iş aparılır.