Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlilliyi olan gənclər bu mərkəzdə həyatlarını dəyişirlər – REPORTAJ VİDEO

Bakı, 11 iyun, Aytac Haqverdiyeva, AZƏRTAC

Bakı şəhərinin səs-küylü mərkəzindən aralıda, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən sadə görkəmli bina ilk baxışdan sıradan bir müəssisəyə bənzəyir. Amma içəri daxil olduqda burada çox dəyərli bir missiyanın həyata keçirildiyinin şahidi olursan. Bura Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzidir. Əslində bura ikinci şansların ünvanıdır.

İnkişaf üçün yaradılan unikal mühit

AZƏRTAC xəbər verir ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılmış mərkəz əlilliyi olan gənclər üçün sadəcə peşə öyrənmə yeri deyil. Bu mərkəz onların potensialını üzə çıxaran, cəmiyyətə inteqrasiyanı asanlaşdıran, ünsiyyət bacarıqlarını inkişaf etdirən və gələcəyə ümid verən məktəbdir.

Burada təlimlər sırf nəzəriyyəyə əsaslanmır. Gənclər fərdi maraq və bacarıqlarına uyğun olaraq müxtəlif istiqamətlərdə kurslara qoşulurlar: kompüter montajı, montaj operatorluğu, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağacoyma, kişi və qadın bərbərliyi, manikür, rəssamlıq və digər sahələr. Kursların müddəti, adətən, 3-6 ay arasında dəyişir. Təlimlər həm fərdi, həm də qrup formatında keçirilir.

İştirakçılar təlimlərdən sonra arayış və ya sertifikatla təmin olunurlar. Bu isə onların gələcəkdə işə düzəlmək və ya təhsillərini davam etdirmək imkanlarını genişləndirir. Bəzi məzunlar artıq DOST İnklüziv Yaradıcılıq Mərkəzi, “ASAN xidmət”, İsmayıllı və Bərdə DOST mərkəzləri kimi nüfuzlu qurumlarda uğurla çalışırlar.

Sənətin və zəhmətin gətirdiyi sakitlik

16 yaşlı Fatimə Muradova Şəmkir rayonundan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə gəlib. Onun rəsmə sevgisi uşaqlıqdan yaranıb, amma burada aldığı təlim bu marağı peşəyə çevirib.

“Burada ilk dəfə kətan üzərində fırça ilə işləməyi öyrəndim. Əvvəl bu iş mənə çətin gəlirdi. Amma müəllimlərim mərhələli şəkildə bütün texnikanı izah etdilər. Ən əsası isə məni ruhlandırdılar. İndi “Sehrli meşə” adlı əsər üzərində çalışıram. Hər rəng mənim üçün bir duyğudur”, – deyə Fatimə sevincini bölüşür.

Fatimə bu mərkəzdə həm də sosial çevrəsini genişləndirib: “Əvvəl ünsiyyətdən qaçırdım. Ətrafdakılarla əlaqə qurmaq mənim üçün çox çətin idi. Amma burada gənclərlə tanış oldum. İndi rəsm çəkməklə yanaşı, dostlarım da var”.

Onun əsərləri artıq bir neçə sərgidə nümayiş olunub və maraqla qarşılanıb. Fatimə deyir ki, gələcəkdə peşəkar rəssam olmaq və uşaqlara rəsm dərsləri keçmək istəyir.

Mirqadir Nemətoğlu 17 yaşındadır və Lənkəran rayonundan gəlib. Sakit və təmkinli danışığı onun daxili gücünü daha da vurğulayır. Burada həm kompüter montajı, həm də taxta üzərində oyma kurslarında iştirak edir. “Əsas məqsədim sosiallaşmaq idi. Əvvəl qapalı idim. Oyma sənəti mənə səbir və diqqət öyrətdi”, – deyə Mirqadir bölüşür.

Hazırda o, taxtada “Qız qalası” obrazını oymaya çalışır. Onun sözlərinə görə, bu sənət emosiya və zəhmət tələb edir: “Əsərlər komanda ilə hazırlandıqda daha maraqlı olur. Hər bir detalda sən özünü ifadə edirsən”.

Mirqadir gələcəkdə əl işlərini sərgilərdə nümayiş etdirmək və satış platformalarında təqdim etmək istəyir.

20 yaşlı Səbuhi Ələkbərzadə isə mərkəzə 2022-ci ildə gəlib və kişi bərbərliyi kursunda olub. Sonra Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Türkiyədə 4 aylıq təcrübə mübadiləsində iştirak edib. Oradan qayıtdıqdan sonra isə montaj operatorluğu kursuna yazılıb. “Burada mühit elədir ki, sən özünü doğma yerdə hiss edirsən. Hər kəs sənə öz balası kimi yanaşır. Bu münasibət məni motivasiya edir”, – deyə o bildirir.

Səbuhi gələcəkdə həm bərbərlik, həm də texniki sahədə fəaliyyət göstərmək istəyir. Onun fikrincə, bu mərkəz yalnız bacarıq yox, həm də kimliyini tanımaq imkanı verir.

Direktor: Bəlkə də onlar bizdən daha güclüdürlər…

Mərkəzin direktoru Rəhilə Həsrətovanın sözlərinə görə, son 10 ildə yüzlərlə gənc burada peşəyə yiyələnib, cəmiyyətə inteqrasiya olunub. “Hazırda mərkəzimizdə 121 nəfər təlim alır. Yeni iki peşə sahəsi üzrə təlimlərin fəaliyyətə başlaması isə artıq planlaşdırılıb. Mərkəzdə kurslara cəlb olunmaq üçün seçimlər Agentliyin mütəxəssislərinin qiymətləndirməsi əsasında aparılır. Təlimin sonunda Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri qiymətləndirmə aparır, müvafiq arayış və sertifikatlar təqdim olunur”.

Rəhilə xanım əlavə edir ki, bəzən ailələr əlilliyi olan uşaqları cəmiyyətdən təcrid edirlər: “Fürsətdən istifadə edib valideynlərə səslənirəm: övladlarınızı cəmiyyətdən gizlətməyin. Onlar da cəmiyyətin bir üzvüdürlər. Onların da uğurları, arzuları var. Sadəcə bir şans vermək kifayətdir. Bəlkə də onlar bizdən daha güclüdürlər…”

Mərkəzin məqsədi təkcə bacarıqlı bərbər, rəssam, toxucu və s. yetişdirmək deyil, eyni zamanda, güclü insan formalaşdırmaqdır. Sosial adaptasiya, özünəinam və psixoloji dəstək bu sistemin ayrılmaz hissəsidir. Çünki bir toplumun dəyəri onun zəif zəncir halqalarını necə qucaqlaması ilə ölçülür.

Əlilliyi olan gənclər bu mərkəzdə həyatlarını dəyişirlər – REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq