“Elm” qəzetinin yeni nömrəsində...
Bakı, 30 iyul, AZƏRTAC
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi nəşr edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü, “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli Sərəncamında dəyişiklik edilməsi barədə ölkə Prezidentinin Sərəncamı, o cümlədən Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanan Bakı Bəyannaməsinə dair məlumat yer alıb.
Nəşrin növbəti səhifələrində kolumbiyalı şair Kamila Çarri Noriyeqa ilə onlayn görüş, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ümumi yığıncağı, İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası, Azərbaycan alimlərinin Avropa Komissiyasının toplantısında iştirakı, Keşikçidağ Qoruğunda aparılan arxeoloji tədqiqatlar, YT Parkın rezidenti “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian, eləcə də AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova ilə müsahibələr və s. informasiyalar oxuculara təqdim olunur.
Bundan əlavə, “Unudulmuş elm fədailəri və ya ərəb əlyazmaları üzərində çalışarkən”, “Tanınmış albanşünas və qafqazşünas”, “Süni intellekt üzrə tədqiqatçı alim” sərlövhəli məqalələr, nəşrlər və digər xəbərlərlə də tanış olmaq mümkündür. On iki səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.